Slimfit
  1. DÜNYA

Koronavirusdan ölüm faizini azaldan üsullar tapıldı

Koronavirusdan ölüm faizini azaldan üsullar tapıldı
Sakura

Koronavirusdan ölüm faizini azaldan üsullar tapıldı

Koronavirusla bağlı ikiqat analiz bu xəstəlikdən ölüm faizini azaldacaq.

Ens.az "Report"-a istinadən xəbər verir ki, belə bir nəticə Çinin Hubey vilayətinin Elm və Sənət Universitetinin alimlərinin tədqiqatında açıqlanıb.

Qeyd edilir ki, pasiyentlərdə koronavirus infeksiyasının ağır keçməsi mümkünlüyünü PSR (xəstəliyin yaranması geninin mövcudluğunu göstərən polimeraz zəncir reaksiyası) və xəstəliyin başlanğıcında İFA (immunoferment analiz) testlərinin birgə istifadəsinin köməyi ilə proqnozlaşdırmaq olar.

Alimlər ağır xəstəliyi olan pasiyentlərdə orqanizmə koronavirusla mübarizə aparmağa imkan verən “IgM” kimi anticismlərin (orqanizmə yad zülallar, bakteriyalar - red) yaranmasını müəyyənləşdiriblər.  

Tədqiqatın nəticəsinə əsasən alınmış məlumatlara əsasən, bu tip anticismlər koronavirus üçün spesifikdir, amma yalnız COVID-19 pasiyentlərinin 82,2%-də mövcuddur. Bu, daha əvvəl PSR standart testi ilə təsdiq edilib. Bu halda digər 17,8% pasiyentin yarısında xəstəliyin ağır keçməsi müşahidə olunub. Onlar intensiv terapiya bölməsinə daxil olublar və orada üç gündən çox qalıblar.

Beləliklə, koronavirusla bağlı müsbət PSR analizindən sonra anticismlərin yoxlanılması xəstəliyin mümkün ağırlaşmasını proqnozlaşdırmağa və xəstələri xilas etmək üçün əvvəlcədən tədbirlər görməyə imkan verəcək.

Qeyd edək ki, yeni araşdırmanın nəticələri artıq Rusiya alimləri tərəfindən də qiymətləndirilib.

"Təklif edilmiş metodika böyük maraq doğurur, ancaq o, pasiyentlərin kiçik hissəsində aparılıb, mənim fikrimcə, buna görə də infeksiyanın diaqnostikası vaxtı İFA (immunoferment analiz) imkanlarının daha genişmiqyaslı tədqiqatını aparmaq lazımdır", - deyə Rusiyanın Tümen Dövlət Universitetinin “X-Bio” İnstitutunun böyük elmi işçisi Mariya Orlova bildirib.

Ekspertin sözlərinə görə, ikiqat yoxlamanın tətbiqi risk qrupuna daxil olan yaşlı pasiyentlər üçün xüsusilə aktual olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR