Dərc edildi: Baxış sayı: 433
Koronavirusdan ölən xalq artistinin adi qaydada dəfni ilə bağlı AÇIQLAMA
“Yaxınları inkar edə bilərlər, ancaq Xalq artisti Teymur Mustafayev koronavirusdan vəfat edib”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
V.Əliyev deyib ki, dəfn mərasimində az sayda insan iştirak etməlidir:
“Əgər yaxınları insanlara yanlış məlumat verirsə, eləcə də, dəfn prosesi adi qaydada aparılıbsa, bu barədə müvafiq qurumlar araşdırma aparmalıdır. Əgər qeyd edilən faktlar öz təsdiqini taparsa, müvafiq tədbirlər götürüləcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət