Koronavirusdan ölən şəxslər necə dəfn edilməlidir?
Hər gün dünyada yüzlərlə insanın canını alan koronavirusdan ölənlər bəs necə dəfn edilir? Ölülərdən torpağa vəya ətrafa virus keçmə ehtimalı varmı? Əməkdaşlarımız məsələni araşdırıblar.
Bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirusdan dünyasını dəyişənlər xüsusi qaydada dəfn edilir.
Belə şəxslər son mənzilə xüsusi tədbirlər alınaraq yola salınır. Çünki sağlığında insandan insana keçə bilən bu virusun ölüdən də keçmə riski olduqca çoxdur. Qafqaz müsəlmanları idarəsinin nümayəndəsi Hacı Şahin koronovirusdan ölən şəxslərin necə dəfn edildiyi haqda danışıb.
Hacı Şahinin sözlərinə görə koronoviruslu ölülərin yuyulması da xüsusi qaydada edilir. Bunu edən şəxslər adi mürdəşirlər olsalar da, onlar işlərini xüsusi geyimdə və tam dezinfeksiya qaydalarına əməl etməklə icra edirlər.
Dəfn mərasimində ölünün yaxınlarından sadəcə bir nəfərin iştirakına icazə verilir. Dünyasını dəyişənin necə dəfn olunmasını din xadimləri yox, tibb işçiləri müəyyən edir.Cənazənin torpağa tapşırılma prosesi virusun yayılma riski sıfıra salınıraq icra edilir.
Hazırda bütün məscidlərdə yuyulmaq üçün gətirilən ölü sahiblərindən onların nədən dünyasını dəyişdiyi barədəsənəd tələb olunur. Yalnız bundan sonra meyit dəfn üçün hazırlanılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət