Koronavirusa yoluxmaqdan qorxanlara əlləri yumağın faydasını əyani şəkildə göstərdilər
Sosial şəbəkədə koronavirusun geniş yayıldığı indiki dövrdə əllərin düzgün yuyulmasının vacibliyini vurğulayan fotoşəkil geniş populyarlıq qazanıb. Amerikalı aktrisa Kristen Bell əllərin ultrabənövşəyi lampa altında yuyulmadan əvvəl və sonra necə göründüyünü nümayiş etdirən görüntüləri İnstagramda yerləşdirib.
Şəkli aktrisaya anası göndərib. Foto əlləri sabunla yumağın faydalarını əyani şəkildə göstərir. Altı şəkildən ibarət kollajda əllərin yuyulmadan əvvəl, su ilə yaxalandıqdan sonra və 6, 15 və 30 saniyəlik sabunla yuyulduqdan sonrakı vəziyyəti göstərilir. Şəkil Belldə güclü təəssürat yaradıb. "Hamınıza salam, əllərinizi 30 saniyə ərzində yuyun!" - deyə , aktrisa abunəçilərinə müraciət edib.
Paylaşım 400 mindən çox bəyənmə və təqribən beş min şərh toplaylb Şərhlərdə aktrisanın izləyiciləri əllərindəki bakteriyaların sayının yuyulma müddətindən asılı olacağını düşünmədiklərini qeyd ediblər. Həm də yazırlar ki, bu görüntü koronavirusla yoluxmaqdan qorxan hər kəsə baxmaq üçün tövsiyə olunmalıdır.
“Mesaj üçün təşəkkür edirik! Bu gün mən onu beşinci sinif şagirdləri üçün koronavirus və əllərinizi necə yumaq barədə təbiət dərsi zamanı istifadə etdim! ” - abunəçilərdən biri yazıb.
İngiltərə Milli Səhiyyə Xidmətinin bir tövsiyəsinə əsasən əllər ən azı 20 saniyə ərzində və ya " Happy Birthday" mahnısını iki dəfə oxumağa ehtiyac duyulan müddət ərzində yuyulmalıdır.
Ens.az bildirir ki, martın 7-nə olan məlumata əsasən, dünyada 102 mindən çox insan koronavirusa yoluxub. Onlardan 57,4 min nəfəri sağalmış, 3,4 mini isə dünyasını dəyişmişdir.
Mənbə: lenta.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət