Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

"Koronavirusa yoluxma yayda bitəcək"

"Koronavirusa yoluxma yayda bitəcək"
Sakura

"Koronavirusa yoluxma yayda bitəcək"

“Yeni növ koronavirusun yayılması yayda başa çatmalıdır. Lakin hələlik virusa yoluxma pik həddə çatılmayıb”. SİA-nın xəbərinə görə, bunu Rusiya Federal Biomedikal Agentliyinin (FMBA) baş yoluxucu xəstəliklər mütəxəssisi Vladimir Nikiforov açıqlayıb.

O bildirib ki, istənilən halda infeksiya yayda yox olmalıdır, bu dəqiqdir: “Lakin ən əsası virusla bağlı pik həddir ki, bunu biz qarşıdakı həftələrdə qeydə alacağıq”.

Mütəxəssis qeyd edib ki bu cür xəstəliklərin standartlarına baxsaq onların hər birində hazırki prosesi görmək olar: “Xəstəlik ilk olaraq yayılır, pik həddə çatdıqdan sonra 10-12 həftə ərzində azalmağa doğru gedir”.

Qeyd edək ki, koronavorusa ilk yoluxma halı 2019-cu ilin dekabr ayında Çində qeydə alınıb. Ümümdünya Səhiyyə Təşkilatı Tərəfindən virus pandemiya adlandırılıb. Son məlumatlara görə isə dünyada 850 min insan virusa yoluxub, 42 min nəfər isə dünyasını dəyişib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR