Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirusa yoluxma səviyyəsi niyə artır

Koronavirusa yoluxma səviyyəsi niyə artır
Sakura

SARS-CoV-2 mövsümi qripdən daha asan şəkildə insandan insana ötürülür və Orta Şərq Tənəffüs Sindromundan (MERS) daha sürətli yayılır.

Alimlər yeni koronavirusun yoluxma səviyyəsinin çoxaldığını bildirirlər.

Honq Konq alimlərinin fikrincə, koronavirus DNT mutasiyası səbəbiylə daha yoluxucu hala gəlib və yoluxma səviyyəsində demək olar ki, üçdə bir həddə artım qeyd olunur. İndi hər SARS-CoV-2 daşıyıcısı infeksiyanı daha dörd insana ötürə bilər, bundan əvvəl isə bu göstərici iki və ya üç nəfərə idi. Bundan bir qədər əvvəl, koronavirusun yoluxma dərəcəsinin çoxalması tədqiqatçıların riyazi modeli ilə təsdiqlənmişdi. Virus hüceyrəyə daha təsirli şəkildə nüfuz etməyə və müdafiə mexanizmlərini aşmağa başlayır.

DNT mutasiyaları yeni növ koronavirusun yoluxma səviyyəsinin 30% artmasına səbəb olub, Honq Konq Tibb Məktəbinin dekanı Qabriel Leunq belə deyib.

Koronavirusa yoluxmuş hər insan artıq infeksiyanı dörd başqa şəxsə ötürə bilər. Məsələn,  mart ayında bir SARS-CoV-2 daşıyıcısı 2,5-3 nəfərə yoluxa bilərdi. 

ABŞ-da baş yoluxucu xəstəliklər üzrə mütəxəssis, Allergiya və Yoluxucu Xəstəliklər Milli İnstitutunun direktoru Entoni Fauçi bundan əvvəl də koronavirusun mutasiya edə biləcəyini və onun virulentliyinin arta biləcəyini söyləmişdi.

Bununla yanaşı, o qeyd edib ki, elm, mutasiyaya görə virusun daha da təhlükəli olub-olmadığını, sağlamlığa daha ciddi problemlər yaratdığını dəqiq deyə bilmir.

Koronavirusun yoluxma dərəcəsinin böyüməsini Rusiya alimləri də təsdiqləyir - Novosibirskdə qurulmuş riyazi model bu fərziyyəyə sübutdur.

"Virusun mutasiyası, hüceyrəyə nüfuz etmə sürətini artıraraq müvafiq hüceyrə maneələrini və müdafiə mexanizmlərini aşaraq infeksiyanın 2,5-8 dəfə artmasına səbəb olur" deyə Rusiya Elmlər Akademiyasının Sibir şöbəsi bildirib.

Elm adamları, həmçinin koronavirus infeksiyasından ölüm hallarının düşdüyünü qeyd edirlər - indi rəqəmlər  2-3% -dir, pandemiyanın əvvəlində isə  ölənlər 10% idi.

Ümumilikdə dünyada SARS-CoV-2 koronavirusun altı çeşidi tapılıb . Koronavirus mutasiya dərəcəsi adi qripə bənzəyir.

Eyni zamanda, koronavirusun yüksək yoluxması onun ən təhlükəli xüsusiyyətidir, bunu may ayında çinli virusoloq, professor Çjun Nanş.an açıqlayıb. SARS-CoV-2 mövsümi qripdən daha asan şəkildə insandan insana ötürülür və Orta Şərq Tənəffüs Sindromundan (MERS) daha sürətli yayılır.

Mənbə: gazeta.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR