Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirusa yoluxma ehtimalı olanları müəyyən edən qurğu

Koronavirusa yoluxma ehtimalı olanları müəyyən edən qurğu
Sakura

Koronavirusa yoluxma ehtimalı olanları müəyyən edən qurğu

“Gartner” analitik şirkəti yaxın illər üçün informasiya texnologiyaları bazarındakı əsas trendlər barəsində öz araşdırmasını təqdim edib. 2020-ci ildə mütəxəssislər COVID-19 pandemiyası ilə əlaqədar yeni tendensiyaları siyahıya daxil ediblər.

Belə trendlərdən biri sağlamlıq pasportu adlanır. Bu, yoluxma riskini göstərən mobil proqramdır. Belə proqramlar koronavirusa yoluxma ehtimalı yüksək olan insanların supermarketlərə, restoranlara və başqa ictimai yerlərə girişini bloklamağa imkan verir.

“Gartner”in mütəxəssislərinin sözlərinə görə, zamanla texnologiyalar insanların həyatına daha dərin nüfuz edir və insanın eyniləşdirmə, giriş əldə etmək və ödəniş üçün istifadə edilə bilən rəqəmli versiyalarının yaradılmasına gətirib çıxarır.

“Gartner”in hesabatında göstərilmiş növbəti trend alqoritmik inam məlumatların məxfiliyini və təhlükəsizliyini, aktivlərin mənbəyini, insanların və əşyaların eyniliyini müəyyənləşdirir. Məlumatların sızması və saxta xəbərlərin artması fonunda bu cür texnologiyalar daha çox aktuallaşır.

Daha bir trend silisiumsuz texnologiyalardır. Mur qanununa görə, inteqral sxemdəki tranzistorların sayı hər iki ildən bir iki dəfə artacaq, buna görə texnologiya silisiumun fiziki məhdudiyyətləri ilə üzləşəcək. Nəticədə genişləndirilmiş imkanlara malik yeni materiallar hazırlandı.

Mənbə: fins.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR