Slimfit
  1. DÜNYA

Koronavirusa yoluxanlar arasında intihar riski narahatlıq yaradıb

Koronavirusa yoluxanlar arasında intihar riski narahatlıq yaradıb
Sakura

Koronavirusa yoluxanlar arasında intihar riski narahatlıq yaradıb

Yaponiyadan olan bir qrup alim koronavirusa yoluxanlar arasında intihar riski ilə bağlı narahatlıqlarını bildiriblər.

“İzvestiya”nın məlumatına görə, onlar müvafiq məktubla Psixiatrlar Cəmiyyətinə müraciət ediblər.

Alimlər vurğulayıblar ki, 2003-cü ildə SARS və 2014-cü ildə MERS epidemiyası dövründə yoluxanlar müalicə zamanı və sonralar psixi sağlamlıq problemləri yaşayıblar; xəstəxanaya yerləşdirilənlərdə intihar əhval-ruhiyyəsi müşahidə olunub, hətta aralarında özünəqəsd hadisələrinin baş verməsi faktları da məlumdur.

Elm adamları 2020-ci ilin 29 yanvar - 13 mart tarixlərində Yaponiyanın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzinə qəbul edilmiş koronavirus xəstələrinin məlumatlarını da araşdırıblar və 20 gündən çox xəstəxanada olanlarla görüşüblər.

Məlum olub ki, bəzi xəstələr gələcək qorxusu, yaxınlarından ayrılma narahatlığı və azadlıqlarından uzun müddət məhrumolma ilə əlaqədar depressiyaya düşüblər.

Məktubda respondentlərin məqbul yaşayış şəraitlərinin olması, maddi vəziyyətlərində çətinlik yaşamadıqları vurğulanıb.

Bu isə o deməkdir ki, hətta sosial təminatlı vəziyyətdə intihar təhlükəsi yarana bilər.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR