Dərc edildi: Baxış sayı: 356
Koronavirusa yoluxan "Real Madrid"in oyunçusu milli komanda ilə məşq edir
COVID-19 üçün götürülmüş analiz nümunələri müsbət çıxan İspaniya "Real Madrid"inin və Belçika millisinin oyunçusu Tibo Kurtua yığmanın düşərgəsindən kənarlaşdırılmayıb.
"Report" "LEquipe" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı qapıçı komanda ilə məşqlərini davam etdirəcək.
Millinin məşqçilər korpusu Kurtuadan götürülmüş qan analizinin nəticələrini gözləyir. Buna əsasən, təcrübəli qolkiperlə bağlı qərar veriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət