Slimfit
  1. CƏMİYYƏT

Koronavirusa yoluxan jurnalistlər ölümə tərk edilib? - AÇIQLAMA

Koronavirusa yoluxan jurnalistlər ölümə tərk edilib? - AÇIQLAMA
Sakura

Koronavirusa yoluxan jurnalistlər ölümə tərk edilib? - AÇIQLAMA

Sosial şəbəkələrdə Azərbaycanda koronavirusa yoluxan iki jurnalistin vəziyyətinin ağır olduğuna dair paylaşımlar edilir. 

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlər tərəfindən müxtəlif müraciətlər, statuslar paylaşılır.

Bir neçə gün öncə koronavirusa yoluxan “Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva, onun qardaşı, Cebhe.info xəbər portalının əməkdaşı Müşfiq Abdullayev və həyat yoldaşı Gülşən Abdullayeva COVID-19-a yoluxub.

Test nəticələri müsbət çıxan üç nəfər Atletlər kəndinə yerləşdirilib. Lakin onların vəziyyətinin ağır olduğu, lazımi həkim müdaxiləsinin edilmədiyi deyilir. 

Müşfiq Abdullayev sosial şəbəkə hesabından vəziyyəti ilə bağlı məlumat paylaşıb və qeyd edib ki, təcili tibbi yardım əməkdaşları onları xəstəxanaya aparacağını desələr də, Atletlər kəndinə gətiriblər.

Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva ilə əlaqə saxladıq. O bildirib ki, sözügedən jurnalistlərlə bağlı zəruri tapşırıqlar verilib:

“Qeyd etdiyiniz jurnalistlərlə bağlı məsələ aidiyyəti şöbəyə yönləndirilib. Prosedur qaydalarına uyğun şəkildə lazımi tədbirlər görüləcək”.

Xatırladaq ki, daha əvvəl jurnalistlərdən “ARB 24” telekanalının əməkdaşı Azər Ağayev, eləcə də, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və ailə üzvləri COVID-19-a yoluxub. Onların müalicələri davam etdirilir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR