Dərc edildi: Baxış sayı: 479
Koronavirusa yoluxan əməkdaşlarla bağlı AzTV-dən açıqlama
AzTV 50-dən çox əməkdaşının koronavirusa yoluxması ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Ens.az xəbər verir ki, Kanalın sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva “Qafqazinfo”ya məsələ ilə bağlı açıqlamasında məlumatı təkzib edib: “50-dən çox əməkdaşımızda koronavirusa yoluxma halının qeydə alınması ilə bağlı yayılmış məlumat düzgün deyil. Televiziya və Radio Akademiyasının prorektorları Almaz Mahmud, Ülfət Rəhimovanın yoluxması ilə bağlı məlumat mediada bir müddət öncə işıqlandırılmışdı. Onlar müalicə alırlar və artıq vəziyyətləri də yaxşıdır.
Ancaq sədr müavini Rafiq Həşimovun yoluxması ilə bağlı yayılmış xəbər doğru deyil”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət