Dərc edildi: Baxış sayı: 546
Koronavirusa yoluxan 23 yaşlı futbolçu komadan ayıldı
Koronavirusa yoluxan Fransanın “Monpelye” futbol klubunun müdafiəçisi Junior Sambiya komadan ayılıb.
“Report” xəbər verir ki, bu barədə futbolçunun agenti Frederik Qerra məlumat verib.
Onun sözlərinə görə, idmançı süni ağciyər ventilyasiya aparatından ayrılsa da hələ uzun müddət müalicə alacaq.
Sambiya, 20 apreldə koronavirus əlamətləri ilə xəstəxanaya yerləşdirilib və dörd gün sonra reanimasiya şöbəsinə köçürülüb.
23 yaşlı yarımmüdafiəçi 2017-ci ildən “Monpelye” futbol klubunda çıxış edir. Ümumilikdə komanda üçün 66 matç keçirib və üç qol vurub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət