Slimfit
  1. DÜNYA

Koronavirusa təkrar yoluxma halı həkimləri çaşdırdı

Koronavirusa təkrar yoluxma halı həkimləri çaşdırdı
Sakura

Koronavirusa təkrar yoluxma halı həkimləri çaşdırdı

Rusiyanın Buryatiya Respublikasının sakini koronavirusla bağlı təkrar xəstəxanaya yerləşdirilib.

360tv-nin məlumatına görə, bunu Respublika İnfeksion Xəstəxanasının rəhbəri Tatyana Sımbelova bildirib.

Onun sözlərinə görə, pasiyent aprelin 21-də xəstəxanadan buraxılıb. Həmin müddətdə o, COVID-19-la bağlı iki test verib. Hər iki yoxlamanın cavabı mənfi çıxıb.

Lakin 16 gündən sonra onda KRVİ (kəskin respirator virus infeksiyası) əlamətləri görünüb. Qadından yaxma götürülüb və biomaterialda koronavirus aşkarlanıb.

“Hazırda o, müalicə alır. Bizdə belə bir sual yaranıb: bu təkrar yoluxmadır, yoxsa onda olan infeksiyanın residividir”, - Sımbelova çaşqınlığını ifadə edib.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR