Slimfit
  1. DÜNYA

Koronavirusa qarşı yeni peyvənd hazırlandı

Koronavirusa qarşı yeni peyvənd hazırlandı
Sakura

Koronavirusa qarşı yeni peyvənd hazırlandı

Sinqapurlu alimlərin yeni hazırladığı peyvənd vasitəsilə mutasiya mərhələsində koronavirusun formasını dəyişdirmək mümkün olacaq.

“The Straits Times” bu barədə “Esco Aster” yerli şirkətinin rəhbəri Lin Syanlyana istinadən xəbər yayıb.

Bildirilib ki, alimlər SARS-CoV-2 koronavirusu tərəfindən istehsal olunan antitelləri qrip virusunun protein bazası ilə birləşdirməyə çalışırlar.

Belə protein bazası ilə immunitet sistemi virusa reaksiya verə və antitel istehsal edə bilir.

Şirkət rəhbəri qeyd edib ki, koronavirusun mutasiyası vəziyyətində hazırlanan peyvənd alimlərə antitelləri iki-üç həftə ərzində yeni ştam ilə birləşdirməyə imkan verəcək.

Peyvəndin iki aydan sonra heyvanlar üzərində sınağı planlaşdırılır.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR