Tibbi maskalar təhlükə mənbəyidir: Xüsusilə düzgün taxılmadıqda
Tibb mütəxəssisləri maska və əlcək taxmağın koronavirus infeksiyasının qarşısını almaq üçün faydasız üsul olduğunu və xəstəliyi daha da yaya biləcəyini söyləyirlər.
Ekspertlərin sözlərinə görə maskalar yalançı təhlükəsizlik hissi yaradır. Onları taxan bir çox insan sadə tövsiyələrə əməl etmirlər: istifadə etməzdən əvvəl əlləri yumaq, maskanı üzə kip oturtmaq və əllə toxunmamaq. İnsanlar onları tez-tez əlləri ilə düzəldirlər, bu isə infeksiyaya yoluxma riskini artırır. Əlinizi üzünüzə toxunduracağınız halda əlcəklərin də heç bir effekti olmayacaq.
Bundan başqa, təcrübə göstərir ki əlcək taxanlar əllərini az-az yuyurlar.
Məlumdur ki, insanlar saatda orta hesabla 20 dəfə üzlərinə toxunur. Koronavirus SARS-CoV-2 virusu insanla yaxın təmas zamanı burun, göz və qulaqların selikli qişasına daxil olaraq ötürülür.
Ən son məlumatlara görə, dünyada 182,4 min insan koronavirusa yoluxub, 7,1 mindən çox insan ölüb və 79,4 min insan sağalıb. Xəstəlik 2019-cu ilin sonlarında Çinin Uhan şəhərində başlayıb.
Mənbə: health.mail.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət