Dərc edildi: Baxış sayı: 571
Koronavirusa qarşı effektiv vaksin yaradılıb
Çin hökuməti ölümcül koronavirusa qarşı effektivliyi sübut olunan peyvənd hazırlayıb.
“İnterfaks”ın məlumatına görə, bu barədə Çinin Rusiyadakı səfiri Çjan Xanxuey bəyan edib.
Bununla belə, diplomat yeni dərmanın üzərində bəzi əlavə yoxlamaların aparıldığını vurğulayıb.
Qeyd edək ki, Çin bundan əvvəl Rusiyanın virus əleyhinə “Abidol” dərmanını rəsmi şəkildə koronavirus əleyhinə effektiv dərman adlandırmışdı.
Son məlumatlara görə, Çində virusa tutulanların sayı 77 150 nəfərdir, ölənlərin sayı isə 2 592 nəfərə çatıb. 24 734 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.
Məlumata əsasən, hazırda xəstəxanalarda 9 915 nəfər ağır vəziyyətdədir, 77 150 nəfər isə virus daşıyıcısıdır.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət