Slimfit
  1. DÜNYA

Koronavirusa qalib gələn 17 yaşlı gəncin həmyaşıdlarına müraciəti

Koronavirusa qalib gələn 17 yaşlı gəncin həmyaşıdlarına müraciəti
Sakura

Koronavirusa qalib gələn 17 yaşlı gəncin həmyaşıdlarına müraciəti

İrlandiyanın Dublin şəhərində COVID-19-a qalib gələn 17 yaşlı Brendon Fey həmyaşıdlarına xəbərdarlıqla çıxış edib.

Bu barədə “Dublin Live” xəbər yayıb.

Bildirilir ki, yeniyetmə özündə xəstəliyin ilk simptomlarını martın 25-də hiss edib:

 

“Mən öskürür və nəfəs almaqda problemlər yaşayırdım, ancaq bunu astma ilə əlaqələndirirdim. Ertəsi gün xəstəxanaya müayinəyə getdim və mənə koronavirus diaqnozu qoyuldu. Yarım saatdan sonra palataya yerləşdirildim. İştaham azaldı, nəfəs almaqda çətinlik çəkirdim. Xoşbəxtlikdən, reanimasiyaya düşmədim və aparatlara bağlanmadım”.

Fey üç gün ərzində təcrid olunub, sonra isə koronavirusa yoluxan daha iki xəstənin yatdığı palataya köçürülüb.

“Mən çox sarsıntı keçirirdim, özümü dünyadan təcrid olunmuş hiss edirdim. Axı heç kim məni ziyarət edə bilmirdi. Yalnız tibb bacıları və həkimlər gəlirdi. Bu, qorxunc təcrübə idi”, - deyə o vurğulayıb.

Müalicədən sonra Feyin səhhəti düzəlib. Nəticədə o, xəstəxanadan buraxılıb və evdə karantindədir.

Yeniyetmə etiraf edib ki, indiyə qədər yaşı ilə əlaqədar özünü toxunulmaz hesab edirdi.

“Dostları ilə əylənən, bir yerdə velosiped sürən, çimərliklərə gedən, qruplarla hərəkət edən gənclərə müraciət edirəm. Özünüzdən soruşun, həqiqətən, buna dəyərmi? Axı virus yayırsınız. Yaxşı, ola bilər ki, siz bunu yüngül keçirdiniz, valideyninizi, nənə-babanızı yoluxdura bilərsiniz…” - deyə yeniyetmə həmyaşıdlarına müraciət edib.

Fey xarici aləmlə əlaqə yaratmaq üçün “Snapchat”, “Facebook”, “FaceTime”, yaxud “WhatsApp” kimi platformalardan istifadəni tövsiyə edib.

“Küçəyə çıxmayın və ailənizi yoluxma riski ilə üz-üzə qoymayın. Əgər mən 17 yaşında sətəlcəm oldumsa, deməli, bu, sizin də başınıza gələ bilər”, - deyə irlandiyalı bildirib.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR