Dərc edildi: Baxış sayı: 549
Koronavirusa görə stadiondan çıxa bilməyən 83 yaşlı kişi arenanın keşikçisi oldu
İspaniyanın “Malaqa” futbol klubunun stadionunda təcrid olunan komandanın keçmiş işçisi - 83 yaşlı Andre Perales “La Rosaleda” arenasının rəsmi keşikçisi olub.
Bu barədə RT xəbər yayıb.
Bildirilir ki, idman kompleksinin ərazisində yaşayan yaşlı kişi pandemiya səbəbindən olduğu məkanı tərk edə bilmir.
“Malaqa”da karyerasına avtobus sürücüsü kimi başlayan Andre Perales komandanı 25 il bütün İspaniya boyunca gəzdirib. Oyunçular təyyarələrdə uçmağa başladıqdan sonra isə təmizlikçi və texnik kimi işləməyə başlayıb.
Son məlumatlara görə, İspaniyada 180 659 nəfər koronavirusa yoluxub, 18 812 nəfər ölüb, 70 853 nəfər isə sağalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət