Slimfit
  1. DÜNYA

Koronavirusa görə məmurlar məsuliyyətə cəlb olunur

Koronavirusa görə məmurlar məsuliyyətə cəlb olunur
Sakura

Koronavirusa görə məmurlar məsuliyyətə cəlb olunur

Hazırda Çində koronavirusa yoluxanların sayı 42 mindən çoxdur

 Çində koronavirusla bağlı mövcud vəziyyət ölkədə bir qrup dövlət məmurunun məsuliyyətə cəlb olunmasına gətirib çıxarıb.

AYNA xarici mediaya istinadən xəbər verir ki, Çinin koronavirus yayılan Vuhan şəhərinə nəzarət edən Hubeyin Sağlıq Komitəsinin sədri, yerli Qızıl Xaç Təşkilatının rəhbəri olmaqla, onlarla məmur işindən azad olunub. Vəzəfəli şəxslər səriştəsizlikdə və səhlənkarlıqda ittiham olunurlar.

 Məlumatda bildirilir ki, ölkədə virusdan ölənlərin sayının 1000 nəfəri aşması höküməti ciddi tədbirlər görməyə, məsuliyyətsizlik edənləri cəzalandırmağa məcbur edib. Ötən ilin dekabrında Vuhanda koronavirusdan ilk ölüm faktı olanda bu barədə həyəcan siqnalı verən, amma cəmiyyətdə təlaş yaratmaqda təqsirləndirilən, özü də virusa yoluxan Dr.Linin (“qəhrəman həkim” kimi anılır) ölümü Çinin beynəlxalq aləmdə kəskin qınanmasına səbəb olub.

 Qeyd edək ki, hazırda Çində koronavirusa yoluxanların sayı 42 mindən çoxdur.

 Məlumat üçün deyək ki, koronavirusdan Yaponiyada 96, Sinqapurda 43, Tayvanda 18, Cənubi Koreyada 27, Malaziya 18, tayland 32, Birləşmiş Krallıqda 8, Kanada 7, ABŞ-da 12, Avstraliyada 15, Almaniyada 14, Fransada 11, Birləşmiş Ərəb Əmirliklərində 7, Hindistanda 3, Fillipində 3, İtaliyada 3, Rusiya və İspaniyada isə 2 nəfər ölüb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR