Slimfit
  1. DÜNYA

Koronavirusa görə Asiya İqtisadi Forumu təxirə salındı

Koronavirusa görə Asiya İqtisadi Forumu təxirə salındı
Sakura

Koronavirusa görə Asiya İqtisadi Forumu təxirə salındı

Çin hökuməti koronavirus infeksiyasının yayılması ilə əlaqədar bu il martin 24-27-də Haynan adasındakı Boao şəhərində keçirilməsi planlaşdırılan Asiya İqtisadi Forumunu (AİF) təxirə salmağa qərar verib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Boao Forumu həm də “Şərqi Davos” adlandırılır. Bu, bir çox ölkələrin biznes və hökumət dairələri nümayəndələri arasında mövqelərin uyğunlaşdırılması, mühüm sazişlərin imzalanması üzrə nəhəng platformadır. Çin hökuməti 2001-ci ildən bəri keçirilən AİF-yə xüsusi diqqət yetirir, çünki belə mexanizm Pekinin beynəlxalq əlaqələrini gücləndirməyə və Çinin qlobal aləmdəki rolunu gücləndirməyə kömək edir.

AİF Təşkilat Komitəsi hələlik tədbirin təxirə salınması və onun nə vaxt keçiriləcəyi ilə bağlı açıqlama verməyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR