Koronavirusa asanlıqla yoluxa biləcəyiniz beş yer
Koronavirusa yoluxma ehtimalının çox olduğu potensial təhlükəli yerlər mövcuddur.
MK xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri namizədi, həkim-otorinolarinqoloq Vladimir Zaytsev deyib.
O, beş bu cür təhlükəli yerin olduğunu bildirib.
Beşinci - sonuncu yer zibil qablarının olduğu yerdir. Bura o qədər də təhlükəli yer sayılmasa da, zibili atdıqdan sonra əllərinizi yuyub təmizləməlisiniz.
Təhlükə baxımından dördüncü yerdə ev heyvanı ilə gəzintidir. Köpək, yaxud da pişik virusu pəncələrində götürə bilər, bundan savayı, onu gəzdirən adam yolboyu qapı tutacaqlarına toxunur. Gəzintidən sonra ev heyvanı hərtərəfli yuyulmalı, onun sahibi isə əllərini dezinfeksiya etməlidir.
Üçüncü yerdə yanacaqdoldurma məntəqələridir. Burada infeksiyanın yayılması üçün əsl şərait mövcuddur. Hər gün onlarla insan əllərini eyni yerdən - avtomatın tutacağından tutur. Buna görə də maşını benzinlə doldurmazdan əvvəl əllərinizi antiseptik vasitə ilə təmizləyin. Daha yaxşısı - təmassız yanacaqdoldurmadan istifadə edin.
Əlavə edək ki, Azərbaycandakı yanacaqdoldurma məntəqələrinin böyük əksəriyyətində təmassız üsuldan istifadə olunur, yəni sürücülər benzinin maşına doldurulmasında bilavasitə iştirak etmir.
Təhlükə baxımından ikinci yerdə mağazalardır. Ora daxil olarkən maska geyinilməli, arabaya və ya səbətə toxunmazdan əvvəl əllər antiseptik vasitə ilə dezinfeksiya edilməlidir. Alış-veriş əvvəlcədən tərtib edilmiş siyahı ilə mümkün qədər sürətli həyata keçirilməlidir. Bir ailənin yalnız bir üzvü alış-verişə getsə, daha yaxşı olar.
Nəhayət, ən təhlükəli yer aptekdir. İnsanlar bura xəstəliyin əlamətləri ilə gəlir. Apteklərin sahəsi kiçikdir və virusun patogenləri öskürək və asqırıqdan sonra uzun müddət səthdə və havada qalır. Buna görə də, aptekə az adam olduğu zaman getməlisiniz.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət