Dərc edildi: Baxış sayı: 466
Koronavirus Zelenski üçün bəla olacaq - Dmitruk
Koronavirus Vladimir Zelenskinin hakimiyyəti üçün bəla ola bilər.
Axar.az xəbər verir ki, bunu Ukraynanın Sosial Monitorinq Mərkəzinin direktoru Dmitri Dmitruk deyib. Onun sözlərinə görə, hazırki situasiya çoxlu problem yaradıb, bunun ucbatından da cəmiyyətdə sosial gərginlik formalaşır:
“İnsanlar uzun müddət stresli situasiyada olmamalıdırlar. Bu, həm həyata, həm də hakimiyyətə münasibəti dəyişir. Pandemiya vətəndaşların maliyyə vəziyyətinə zərbə olacaq. Bir müddət əvvəlki sorğu göstərir ki, ukraynalılar indiyə qədər saxladıqları vəsaitlə yalnız bir ay yaşaya bilərlər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət