Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirus yalnız ağciyərləri zədələmir

Koronavirus yalnız ağciyərləri zədələmir
Sakura

Koronavirus yalnız ağciyərləri zədələmir

ABŞ-da sinir sisteminin mərkəzi orqanına zərər verən ilk hadisə qeydə alınıb.

Məlum olduğu kimi, koronavirus infeksiyasının əsas əlamətləri qızdırma, nəfəs darlığı və quru öskürəkdir. Xəstəliyin nevroloji təzahürlərinə isə olduqca nadir hallarda rast gəlinir. Ancaq elm adamları yeni növ koronavirusun yalnız ağciyərlərə deyil, digər orqanlara da təsir etdiyini müəyyən ediblər. Söhbət mümkün bir beyin zədəsindən gedir.

Ens.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da, koronavirus daşıyıcısında sinir sisteminin mərkəzi orqanının zədələnməsi hadisəsi barədə məlumat verilib.

Mütəxəssislər, xəstədə bu halın yeni növ koronavirus səbəbindən ola biləcəyini düşünürlər. Yaşı 50-dən çox olan qadında MRT köməyi ilə kəskin nekrotik ensefalopatiya – beyinin ikitərəfli zədəsi qeydə alınıb.

Bu xəstəliyin virus infeksiyasının nəticəsində meydana çıxdığı güman olunur. Bununla belə, COVID-19-a yoluxmuş şəxslər arasında belə bir hal ilk dəfədir ki, qeydə alınır.

Təhlükəli simptom meydana gəlməzdən əvvəl qadında şüur dağınıqlığı da daxil olmaqla üç gün ərzində öskürək, qızdırma, halsızlıq və zehni dəyişikliklər müşahidə olunub.

Mənbə: lenta.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR