Slimfit
  1. DÜNYA

Koronavirus xəstəsinin son sözləri: “Bunların pulunu kim ödəyəcək?”

Koronavirus xəstəsinin son sözləri: “Bunların pulunu kim ödəyəcək?”
Sakura

Koronavirus xəstəsinin son sözləri: “Bunların pulunu kim ödəyəcək?”

Nyu-Yorkdakı xəstəxanaların birində anestezioloq işləyən Derrik Smit koronavirusa yoluxan xəstənin onu təəccübləndirən son sözləri barədə danışıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Həkim ağciyərlərin süni ventilyasiya aparatına qoşulmadan əvvəl pasiyentin dediyi sözləri heç zaman unutmayacağını bildirib.

“Məndən soruşdu ki, bütün bunların pulunu kim ödəyəcək?.. İnsanların ölümdən əvvəl, bəlkə də, son anlarında pul barədə narahat olmaları çox kədərlidir”, - deyə o xatırlayır.

Derrik Smitin sözlərinə görə, tibbi xidmətlərin çox baha olması amerikalıları həkimlərə müraciət etməkdən çəkindirir. Epidemiya dövründə isə bu, səhiyyə sistemində yüklənmələrə gətirib çıxarır.

“Fikrimcə, hökumətin missiyası vətəndaşlarını qorumaq və dəstəkləməkdir. Ancaq onların tamamilə başqa bir işlə məşğul olduğu aydındır”, - deyə o bildirib.

Qeyd edək ki, Nyu-York ABŞ-da epidemiyadan ən çox zərər çəkən şəhərdir.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR