Slimfit
  1. DÜNYA

Koronavirus xəstələrinə evdə necə baxılmalıdır?

Koronavirus xəstələrinə evdə necə baxılmalıdır?
Sakura
:0

Koronavirus xəstələrinə evdə necə baxılmalıdır?

Koronavirusa yoluxan xəstəyə evdə baxılırsa, o, ayrı otaqda saxlanılmalıdır.

“HaberGlobal”ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin yaydığı tövsiyə məktubunda bildirilib.

Xəbərdarlıqda ev və əl təmizliyinə xüsusi diqqət ayrılmasının vacibliyi vurğulanıb. Bundan başqa, səhhətində problem olan, o cümlədən immuniteti zəif və yaşlı insanlar həmin evdə qalmamalıdır.

Evə qonaq qəbulu yolverilməzdir. 

Xəstəyə baxan ailə üzvü onun dərmanlarını vaxtlı-vaxtında qəbul etməsinə, asqırma və öskürmə zamanı birdəfəlik kağız dəsmaldan istifadə etməsinə, əl gigiyenasına diqqət göstərməli, onun istirahət etməsini, bol miqdarda maye qəbulunu, yeməyini vaxtlı-vaxtında yeməsini təmin etməli, nəfəs almada problem yarandıqda isə təcili yardıma xəbər verməlidir.

Ailə üzvləri ilə eyni otaqda olduqda tibbi maska taxılmalı, əl və üzə toxunulmamalı, otaqdan çıxdıqda isə dərhal maska atılmalı və əllər yuyulmalıdır. 

Mümkün olduğu qədər xəstə ayrı ayaqyolu və hamamdan istifadə etməlidir.

Xəstənin tez-tez toxunduğu, təmas etdiyi yerlər gündə azı bir dəfə sabunlu və ya yuyucu toz olan su ilə təmizlənməli, xüsusi məhlul ilə dezinfeksiya edilməlidir.

Xəbərdarlıqda xəstə baxıcılarına öz səhhətlərində baş verən dəyişiklikləri də diqqətdə saxlamaları tövsiyə olunub.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR