Slimfit
  1. TEXNOLOGİYA

Koronavirus texnologiya şirkətlərinə necə təsir edib

Koronavirus texnologiya şirkətlərinə necə təsir edib
Sakura

Koronavirus texnologiya şirkətlərinə necə təsir edib

Koronavirus səbəbindən ölənlərin sayı durmadan artır və Çin dövlətinin bir çox sahəsini iflic edib. Bəs yaxşı, bu xəstəlik texnologiya nəhənglərinə necə təsir edib? Gəlin ətraflı siyahıya nəzər salaq:

Tesla
Elektrik avtomobil istehsalçısı Şanxaydakı yeni fabrikasını 2 həftə yarımlıq bağlamalı olub. Bu Çin hökümətinin özəl şirkətlərə çağırışından sonra baş verdi. Nəticə olaraq şirkətin 2020-ci il ilk rübündə itkilər baş verə bilər.

Foxconn
Şirkət ayın 10-u sonlanan yeni il tətilindən sonra da işçilərinə Shenzhen şəhərindəki ofisə gəlməməkləri barədə ciddi tapşırıq verib. Ancaq bundan əvvəl şirkət virusun istehsala təsir etməyəcəyini və işlərini davam etdirəcəyini bildimişdi. Qeyd edək ki, Foxconn iPhone və Xiaomi kimi markaların bəzi modellərini də istehsal edir.

UBER
Taksi nəhəngi Mexiko şəhərində 240 istifadəçinin profillərini bağlayıb. 240 nəfər istifadəçi 2 nəfər koronavirus daşıyıcısı sürücülərlə əlaqədə olduqlarına görə hesabları bağlanıb.

Ericsson
İsveç şəbəkə qiqantı Ericsson bu il Barselonada keçiriləcək MWC 2020 tədbirində iştirak etməyəciyini bildirib. Şirkətin CEO’su Börje Ekholm bildirib ki, şirkət sərgiyə qatılaraq ən son texnoloji yenilikləri təqdim etməkdə çox həvəslidir, ancaq sərgidən imtina etmək şirkət üçün doğru qərardır.

Amazon
Şirkət öz işçilərinin Çinə olan vacib səfərlərini təxirə saldığını və o ərazilərdən gələn şirkət əməkdaşlarından 14 gün ərzində evdən işləməyi tələb edib. Həmin əməkdaşlarda virusun simptomları aşkarlanarsa dərhal tibbi müdaxilə tətbiq olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR