Koronavirus testi pozitiv çıxan şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər - RƏSMİ
“Asimptomatik xəstələrin evdə müşahidəsi ilə bağlı protokollar hazırlanır”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, asimptomatik halların, xüsusən Bakı şəhərində artması, xəstəxanalarda doluluğun olması bu addımı labüd edir.
“Analiz nəticələri pozitiv çıxan şəxslərin evdən çıxmamaları ilə bağlı qaydalar hazırlanır. Buna əməl edilmədikdə onların inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar qanunvericiliyə əlavələr təklif edilib”, - deyə, sədr qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət