Koronavirus təhlükəsi - Gözəllik salonları və bərbərxanalar necə mübarizə aparır?
İnsanların bir biri ilə ən yaxın məsafədə işlədiyi yerlərdən biri də gözəllik salonları, bərbərxanalardır. Maraqlıdır ki, salonda çalışan ustalar işlərini yerinə yetirən zaman istər istəməz insanlarla sıx təmasda olurlar. Bəs belə bir bəlanın hökm sürdüyü anda onlar öz işlərini necə qururlar?
Daraqlar qayçılar hətta istifadə etdikləri bütün ləvazimatlar spirtlənir.
Koronovirus təhlükəsinə qarşı mübarizədə qabaqlayıcı tədbirləri salon sahibləri belə alırlar.
Təhlükə olmağına baxmayaraq qadın vəya kişi salonlarında insan sıxlığı yaşanır.Salon sahiblərinin sözlərinə görə, təhlükə hökm sürsə də, onlar da öz tədbirlərini görürlər.
Ustaların sözlərinə görə, salonun dezinfeksiyası ilə bərabər hər gün istifadə etdikləri alətləri də xüsusi aparatlarda dezinfeksiya edirlər.
Daha çox insanlarla təmasda olduqlarını əsas gətirən ustlar bunun üçün bəzi tədbirlər gördüklərini bildiriblər.
Hətta bəzən gələn müştəriləri geri, evlərinə qaytardıqları hallar da olub.
Müştərilər isə özləri də salonlara gələrkən lazım olan tədbirləri görürlər.
Salon sahibləri bildiriblər ki, iş saatlarını da tənzimləyiblər. Əvvəllər müştərinin istəyinə görə, salonu tez acıb gec bağlasalar da, amma indi standart qrafiklə, səhər saat 9-dan axşam 6-ya kimi işləyirlər.
Mənbə: xezerxeber.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət