Dərc edildi: Baxış sayı: 512
Koronavirus şübhəsi ilə karantinə alınan millimizin üzvü barədə son məlumat
Qadın voleybolçulardan ibarət millimizin üzvü Yuliya Kərimova karantindən evə buraxılıb.
Oxu.Az-ın xəbərinə görə, 35 yaşlı voleybolçuda koronavirus tapılmadığından, karantində qalmasına ehtiyac olmayıb.
Xatırladaq ki, Yuliya İsrailin Hayfa şəhərindən gəldikdən sonra karantinə alınıb.
Qeyd edək ki, ukraynalı legionerimiz olan Yuliya Kərimova 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunları zamanı milli komandamızda çıxış edib. O, əvvəlcə çimərlik voleybolu üzrə millimizin üzvü olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət