Slimfit
  1. DÜNYA

Koronavirus qloballaşmanı başqa formaya salacaq - ŞƏRH

Koronavirus qloballaşmanı başqa formaya salacaq - ŞƏRH
Sakura

Koronavirus qloballaşmanı başqa formaya salacaq - ŞƏRH

Artıq uzun illər idi ki, bütün dünyada qloballaşmanın sürətlə getdiyi və qarşısı alınmaz olduğu bildirilirdi. Lakin koronavirus pandemiyası bir çox məsələlər kimi qloballaşmanı da şübhə altına aldı. Artıq bir çox analitiklər dünyanın postpandemiyadan sonra heç vaxt əvvəlki kimi olmayacağını və qloballaşmanın tarixə qovuşacağını bildirirlər.

Lakin azərbaycanlı iqtisadçı ekspert Ruslan Atakişiyev bunun əksini söyləyir. Onun sözlərinə görə, qloballaşma olacaq, amma başqa formada baş verəcək.

“MediaPost”a açıqlama verən mütəxəssisin sözlərinə görə, bir qloballaşma forması, öz yerini digər formaya verəcək: “Fəlsəfədə belə bir kateqoriya var. İnkarı inkar kateqoriyası. Bu kateqoriyada müəyyən dövrdən sonra yenilik gəlir. Yeniliyin müəyyən fazasında köhnəlik irəli çıxaraq yeniliyi əvəz edir. Lakin sonradan yeniliyin qarşısında dura bilmir və yenilik önə çıxır. Qloballaşmada 3 nəzəriyyə var. Bunlar vahid mərkəzli, regional mərkəzli və qlobal xaosdur. İndiki vəziyyətdə dünyada milli hökumətlərlə qlobal hökumət iddiası olanlar arasında dərin mübarizə gedir. Hazırda qloballaşma ideyasını təkid edənlərin əsas istədikləri vahid ticarət sisteminin olmasıdır. Burada vahid idarəetmədən söhbət getmir. Əsas mahiyyət ondan ibarətdir ki, əmtəələrin dövriyyələri asan olsun. Ümumdünya Ticarət Təşkilatı qurulanda da əsas ideya bu idi ki, qlobal ticarətdə mane olmasın”.

Ruslan Atakişiyevin sözlərinə görə, dünyada baş verənlərə əsasən demək olar ki, pandemiyadan sonra ölkələr bir müddət özlərinə qapanacaqlar: "Amma heç bir ölkə bütünlüklə öz məhsul tələbatını tam təmin edə bilməz. Odur ki, bir müddətdən sonra hər şey öz məcrasına qayıdacaq. Beynəlxalq ticarətin əsası var. Bu proses 17-ci əsrdən bu günə kimi davam edir. Müqayisəli üstünlüklər nəzəriyyəsi var. Bu nəzəriyyə ondan ibarətdir ki, əgər bir məhsul yerli istehsal zamanı baha başa gəlirsə, xaricdən alıb gətirilir və əvəzində yerli bazarda xammalı olan məhsul istehsal olunaraq xarici ölkəyə ixrac edilir. Bunlar fundamental əsaslardır”.

Ekspertin sözlərinə görə, vahid qloballaşma öz yerini regional qloballaşmaya verəcək: “Regional qloballaşma odur ki, hər regionun əsas dövləti olur. Misal olaraq, Cənub Şərqi Asiyada Çin, Avropada Almaniya, MDB-də Rusiya, Yaxın ŞərqdəTürkiyə, Şimali Amerikada ABŞ və s. Yəni heç bir dövlət dünya idarəçilik iddiasına düşmür. Bu ölkələr arasında regional qloballaşma baş verir. Nəticədə bütün böyük ölkələr qloballaşmada aparıcı rol oynayır. Son 30 ildə beynəlxalq təşkilatların süquta uğraması kimi probemlər var idi. Qloballaşma zamanı milli hökumətlərlə transmilli korparasiyaların da marağı toqquşur. Bu gün Çin iqtisadiyyatı ABŞ-dan gedən kapital əsasında formalaşır. Böyük ölkələr transmilli korparasiyaları biznes maraqlarında dövlət maraqlarını nəzərə almadığını görürlər. Bu da onların xoşuna gəlmir. Ona görə də regional qloballaşmalar olacaq”.

Ekspertin sözlərinə görə, tarixdə sonuncu dəfə ölkələrin qapanması dünya müharibəsi zamanı olub: “İkinci dünya müharibəsindən sonra dövlətlər özlərinə qapanmışdılar. Çünki bir-birləri ilə ticarət etmək üçün vahid valyutaları yox idi. Qızıl ehtiyatları da tükənmişdi. Bu zaman ABŞ yetərincə qızıl ehtiyatlarının olduğunu əsas gətirərək təklif etdi ki, bütün ölkələr onun valyutasından beynəlxalq ticarətdə istifadə etsin”.

 

Mənbə: mediapost.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR