Slimfit
  1. DÜNYA

Koronavirus peyvəndini hazırlayanlar riskə baş vururlar - XƏBƏRDARLIQ

Koronavirus peyvəndini hazırlayanlar riskə baş vururlar - XƏBƏRDARLIQ
Sakura

Koronavirus peyvəndini hazırlayanlar riskə baş vururlar - XƏBƏRDARLIQ

Sınaqlar bitənə qədər COVID-19 peyvəndini başlamaq risklidir.

“RİA Novosti”nin məlumatına görə, bu barədə israilli immunoloq, professor Yakob Berkun xəbərdarlıq edib.

Onun sözlərinə görə, vaksin hazırlayanlar epidemiyanın ciddiliyi ilə əlaqədar tələsirlər, ancaq yeganə doğru qərar effektiv vaksin ola bilər.

Həkim bəzən laboratoriyaların vaksinin klinik testinin məcburi üç mərhələsini təmin edən mövcud qaydalara riayət etmədiyini vurğulayıb:

“Bəzən sınaqlar paralel həyata keçirilir; əvvəlki mərhələnin nəticələri gözlənilmir və növbəti mərhələyə keçilir. Həmçinin pandemiyanın şiddəti və virusun sürətlə yayılması alimləri tədqiqatın mərhələlərini azaltmağa vadar edə bilər”.

Onun sözlərinə görə, elm adamları düzgün həlli tapmaq və peyvəndi sınaqdan keçirmək üçün riskə getmək məcburiyyətində qalır.

“Burada dərmanlarla olduğu kimidir. Şiddətli xəstəliklərdə bir çox yan təsir göstərən dərmanlardan istifadə edirik. Ancaq məsələn, allergik rinit olduqda, xəstəliyin özü də ciddi olmadığı üçün yan təsirlərə səbəb olan dərmanlar vermək istəmirik”, - deyə o, bildirib.

Xatırladaq ki, Rusiyada Seçenov adına Moskva Dövlət Tibb Universiteti könüllülər üzərində dünyada ilk koronavirus peyvəndinin sınaqlarını başa çatdırıb. Tədqiqat zamanı preparatın insanlar üçün təhlükəsizliyini sübut etmək mümkün olub.

Bundan başqa, vaksin sınaqlarından keçən könüllülərdən ibarət ilk qrup evə buraxılıb.

 

Mənbə: Oxu.az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR