Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirus pandemiyasını dayandırmaq üçün bircə peyvənd kifayət edəcək

Koronavirus pandemiyasını dayandırmaq üçün bircə peyvənd kifayət edəcək
Sakura

Koronavirus ləng mutasiyaya uğrayır. Pandemiyanı dayandırmaq üçün sadəcə bir peyvənd kifayət edəcək.

Bir çox mütəxəssis, koronavirusun sürətli təkamülü səbəbindən peyvəndin, qripdə olduğu kimi hər il yenilənməli olacağından ehtiyat edirdilər. Lakin yeni məlumatlar SARS-CoV-2-nin yavaş-yavaş mutasiya etdiyini göstərir. Bu, pandemiyanı dayandırmaq üçün tək bir peyvəndin kifayət edəcəyinə ümid verir.

Viruslar tam canlı orqanizm sayılmasa da, təbii seçmənin təsiri nəticəsində təkamülə uğrayır. Bu, müxtəlif koronaviruslara da aiddir. Koronavirusların təkamülü bir çox digər viruslarla müqayisədə daha sürətlidir, çünki onların genetik materialları tez-tez mutasiya edən RNT ilə xarakterizə olunur.

Virusların sürətli təkamülünə nümunə kimi qrip virusunu qeyd etmək olar. O , koronaviruslar qrupuna aid olmasa da, RNT və zülal qatından ibarətdir. Hər il yeni qrip ştammları ortaya çıxır ki, bu da elm adamlarını mütəmadi olaraq peyvəndləri dəyişdirməyə və xəstələri də onları yeniləməyə məcbur edir.

Bir sıra araşdırmaçılar, yeni koronavirusun mövsümi xəstəliyə çevriləcəyi təqdirdə, qrip qədər sürətlə inkişaf edəcəyindən narahatlıqlarını ifadə ediblər. Belə olan halda, hər il yeni bir peyvənd istehsalı üçün böyük vəsait tələb olunardı. Başlıcası isə odur ki , bu, çox çətin mübarizə aparılan illik bir pandemiyaya çevrilərdi.

Ens.az saytı "Washington Post"- a istinad edərək qeyd edir ki, xoşbəxtlikdən, yeni məlumatlar belə narahatlıqların əsassız olduğunu göstərir. Mövcud yanlışlıqların düzəldilməsi mexanizmi ilə əlaqədar olaraq SARS- CoV -2 virusunun mutasiyasına aşağı tezlikdə rast gəlinir. Bu Cons Hopkins İnstitutunun molekulyar genetika mütəxəssisi Peter Tilenin fikiridir.

Alim qeyd edib ki, artıq dünyada yeni koronavirusun 1000-dən çox nümunəsi təhlil edilib. Və ştammların müxtəlifliyi nisbətən azdır. Məsələn, Amerika növləri Uhandan yalnız 4-10 mutasiya ilə fərqlənir. Virusun nə qədər insan vasitəsilə keçdiyini nəzərə alsaq, bu elə də böyük rəqəm deyil.

İtaliya və İspaniyada ölüm sayının yüksək olması, çoxlarının Avropaya koronavirusun daha aqressiv bir ştammının daxil olduğunu düşünməsinə əsas verir, lakin bu belə deyil. Ölüm sayı arasındakı fərq, bir çox amillərdən, o cümlədən əhalinin orta yaşından, səhiyyə sisteminin vəziyyətindən və sınaqlara yanaşmadan asılıdır. Bu hələ ki virusun ştammından asılı deyil.

Yeni məlumatlar da yalnızca bir peyvəndin koronavirusla mübarizə üçün kifayət edəcəyinə ümid verir. Peyvənd bir dəfə vurulacaq və hər il onu yeniləməyə ehtiyac olmayacaq. Ancaq onun ortaya çıxmasına ən azı bir il qalır, buna görə də infeksiyanın qarşısını almağın ən təsirli yolu - sosial məsafə və gigiyena tədbirlərinə riayət etməkdir.

Bəzi tədqiqatçıların fikrincə, COVID-19-un törədicisi yarasa və pangolin koronavirusları arasındakı hibriddən meydana gəlib. İnsanları yoluxduran virusun geni yarasa virusunun geni ilə 96% eynidir, ancaq o insan hüceyrələrinə, Yava panqolinlərindəki virus üçün səciyyəvi olan lövhəşəkilli zülallar vasitəsilə daxil olur.

Mənbə: hightech.plus

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR