Dərc edildi: Baxış sayı: 564
Koronavirus pandemiyası yox olacaqmı?
“COVID-19 heç yerə yox olmayacaq və dünyada daim mövcud olacaq. Çox güman ki, koronavirus qrip virusu kimi mövsümi bir xəstəliyə çevriləcək”.
Publika.az xəbər verir ki, bu sözləri Dövlət Elmi Mərkəzinin direktoru Rinat Maksyutov Rusiya mətbuatına verdiyi açıqlamasında deyib.
“Bəli, əminəm ki, yeni koronavirus bəşəriyyətdə mövcud olmağa davam edəcək, mövsümi bir xəstəliyə çevrilmək ehtimalı daha yüksəkdir və bu koronavirus həmişə insan populyasiyasında olacaq. Virus peyvəndlərinin prototipləri artıq Rusiyada sınaqdan keçirilir. Dərmanlar siçanlar üzərində sınaqdan keçirilib. Lakin insan üzərindəki sınaqlar yay aylarından başlaya bilər”, -deyə o, sözlərinə əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət