Slimfit
  1. MEDİA

“Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda beynəlxalq onlayn konfrans başa çatıb

“Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda beynəlxalq onlayn konfrans başa çatıb
Sakura

“Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda beynəlxalq onlayn konfrans başa çatıb

AMEA-nın təşkilatçılığı ilə "Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda keçirilən beynəlxalq onlayn konfrans başa çatıb.

Konfransda 9 plenar, 30-a yaxın seksiya çıxışları dinlənilib, ümumilikdə 102 məruzə təqdim olunub. Tədbirin AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovanın moderatorluğu ilə keçən sonuncu günündə AMEA ilə yanaşı, AR Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Tibb Universiteti və digər qurumların nümayəndələri tərəfindən "Azərbaycan populyasiyasının molekulyar genetik tədqiqi", "Azərbaycan əhalisində Y-xromosom DNT-nin polimorfizmi", "COVID-19 xəstəliyinin molekulyar diaqnostikasında keyfiyyətə nəzarət", "Stasionar COVID-19 xəstələrinə müalicə nəticələri", "Yarasalar bəzi zoonoz virusların potensial təbii rezervuarı kimi", "COVID-19-a yoluxmuş xəstələrin qanında ferritin səviyyəsinin xüsusiyyətləri" və s. mövzularda məruzələr təqdim olunub.

Onlayn konfransın bağlanış mərasimində AMEA-nın müxbir üzvü Nuru Bayramov, BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev, Kembric Tibbi Tədqiqatlar Şurası Molekulyar Biologiya İnstitutunun Hesablama kristalloqrafiyası laboratoriyasının müdiri, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) laboratoriya müdiri, professor Qərib Mürşüdov, AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru, akademik Əli Abbasov, ABŞ-ın İndiana Bioelmlər Tədqiqat İnstitutunun və MBBİ-nin əməkdaşı, professor Vidadi Yusibov, Pusan Milli Universitetindən professor İsmayıl Zülfüqarov, professor Ulduz Həşimova, tibb üzrə fəlsəfə doktoru Allahverdi Şahverənov, AMEA-nın Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Səyyarə İbadullayeva və digərləri çıxış edərək təkliflərini səsləndiriblər.

Çıxış edənlər konfransı Azərbaycan elmi üçün əhəmiyyətli bir hadisə, biotibb elmi üçün isə yeni bir mərhələ kimi qiymətləndiriblər. Koronavirusla bağlı problemlərin həlli üçün multidissiplinar yanaşmaların təklif olunduğunu tədbirin molekulyar biologiya, yüksək texnologiyalar, süni intellekt və digər sahələr üzrə fəaliyyət göstərən elmi ictimaiyyəti bir araya topladığını bildiriblər. Həmçinin tədbirin gənclərin bu sahədə elmi tədqiqatlar aparmasına təkan verəcəyini vurğulayıblar. Konfransa yekun vuran AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının sədri, akademik İradə Hüseynova tədbirin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib. Qeyd edib ki, pandemiya bir daha göstərdi ki, ölkəmizdə həm fundamental, həm də tətbiqi elm sahələri daha intensiv şəkildə inkişaf etdirilməli, təbii və antropogen xarakterli təhlükə və risklərə qarşı elmi tədqiqatlar aparılmalıdır: “Belə bir şəraitdə biologiya, xüsusilə də tibb elmlərinə diqqət yönəldilməli, biotibb sahəsi daha çox inkişaf etdirilməlidir. Bu gün yoluxucu xəstəliklərlə bağlı patalogiyaların molekulyar genetik populyasiya səviyyəsində tədqiqi böyük əhəmiyyət kəsb edir”.

Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində aparılan tədqiqatlar zamanı müasir texnologiyalardan istifadənin zəruriliyindən danışan akademik İ.Hüseynova bildirib ki, dördüncü sənaye inqilabının tələblərinə müvafiq olaraq biologiya və tibb sahələrində maşın təlimi və süni intellekt texnologiyaları tətbiq olunmalı, nəticələrin proqnozlaşdırılmasına imkan verən dinamik sistemlər öyrənilməlidir.

O, son dövrlər neyroelmlərin sürətlə inkişaf etdiyini deyərək, bu sahə üzrə vaxtilə AMEA-da araşdırmaların aparıldığını, hazırda isə bu tədqiqatlara müasir prizmadan yanaşılmasının əhəmiyyətini qeyd edib.

Ölkəmizdə bioloji təhlükəsizliyin təmin edilməsi məsələsinə toxunan AMEA-nın vitse-prezidenti patogenlərlə əlaqədar olan məlumatların əlaqələndirilməsinin vahid mərkəzdən idarə olunması istiqamətində təkliflərini səsləndirib.

Akademik İ.Hüseynova elm və təhsilin qarşılıqlı əlaqəsindən danışaraq, gənc kadrların yetişdirilməsinə təhsil sistemindən başlanıldığını, hazırlıqlı kadrların elmi mühitdə daha fəal şəkildə tədqiqatlara cəlb olunduğunu vurğulayıb. Bildirib ki, konfransda Azərbaycan Tibb Universiteti və digər klinikalardan təqdim olunan məruzələrin müəlliflərinin əksəriyyətinin gənc tədqiqatçılar olması artıq gənclərimizin müstəqil fikir yürütmək və dünya təcrübəsini nəzərə alaraq sərbəst tədqiqatlar aparmağa qadir olduqlarını göstərir.

Alim konfransda tibbi biologiya, immunologiya, virusologiya və digər sahələrin, o cümlədən dərman bitkilərinin hazırlanması istiqamətlərində məruzələrin təqdim olunduğu vurğulayıb, tədbirin akademiyanın BTEB-ə daxil olan institutları ilə tibb sahəsi üzrə fəaliyyət göstərən mütəxəssislər arasında birgə əməkdaşlıq əlaqələrinin qurulmasına yeni imkanlar açdığını diqqətə çatdırıb. Həmçinin AMEA alimlərinin tədqiqatlarının Səhiyyə Nazirliyi, TƏBİB, AR Qida Təhlükəsizliyi Agentliyi və onun nəzdində olan elmi tədqiqat institutlarının əməkdaşları ilə birgə multidissiplinar qaydada həyata keçirilməsinin önəmini qeyd edib.

Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanması qərara alınıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR