Slimfit
  1. CƏMİYYƏT

Koronavirus pandemiya ilə mübarizə çərçivəsində Azərbaycana Çindən həkimlər gələcək

Koronavirus pandemiya ilə mübarizə çərçivəsində Azərbaycana Çindən həkimlər gələcək
Sakura

Koronavirus pandemiya ilə mübarizə çərçivəsində Azərbaycana Çindən həkimlər gələcək

“İndiyə qədər qısa müddətdə Azərbaycanda modul tipli xəstəxana quraşdırılıb. Əlavə olaraq 6 modul tipli xəstəxana sifariş olunub”.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, bunu bu gün Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.

Baş Nazir deyib ki, bu modul tipli xəstəxanalardan biri Naxçıvanda, digərləri Bakı və bölgələrdə quraşdırılacaq: “Bu gün Azərbaycanda 200-ə qədər xarici ölkələrdən həkimlər var. Ən çox müqavilə Kubadan gələn həkimlərlə 3 aylıq imzalanıb. Türkiyədən gələn 7 həkimdən ibarət heyət Yeni klinikada çalışır. Türkiyədən gələn həkimlər 2 ay müddətində çalışacaqlar. Rusiyadan gələn 20-dən artıq həkim və mütəxəssis Bakı və Sumqayıtda xəstəxanalarda çalışırlar. Çin hökuməti ilə aparılan danışıqlarda yeni müqavilə müəyyənləşdirilir. Cənab Prezident, Sizin tapşırığınızda ölkəmizə xaricdən gələn həkim qrupları gedəndən sonra onları Çindən gələn həkimlər əvəz edəcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR