Mütəxəssislər, koronavirusun paltarda nə qədər yaşadığını izah etdi
Səthləri və əlləri dezinfeksiya etməklə yanaşı, koronavirus infeksiyasından qorunmağın başqa vacib bir aspekti də var - paltarları yumaq.
Ens.az saytının məlumatına görə, bu günə qədər alimlər koronavirusun paltarda ən azı bir neçə saat və hətta bir neçə gün yaşaya biləcəyini müəyyənləşdiriblər.
Mütəxəssislər izah edirlər ki, koronavirus paslanmayan polad kimi sərt və məsaməli olmayan səthlərdə daha uzun yaşayır, lakin geyim və ədyal kimi yumşaq səthlərdə də yaşaya bilər.
Koronavirusun müxtəlif növ toxumalara necə reaksiya verməsi barədə hələ hər şey məlum deyil və elm adamları daha çox araşdırmanın lazım olduğunu qəbul edirlər. Bununla birlikdə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri və Ümumdünya Səhiyyə Təşkilatı evinizi və paltarınızı steril vəziyyətdə saxlamaq üçün bir sıra faydalı tövsiyələr veriblər.
Belə ki, koronavirusun yayılmaması üçün Nəzarət və Profilaktika Mərkəzi, evə çatan kimi əyninizi dəyişməyi və bayırda geydiyiniz paltarları yumağı tövsiyə edir. Əgər artıq koronavirus xəstəliyinə yoluxmuş bir şəxsin çirkli yataq dəstini və ya paltarlarını yuyursunuzsa, o halda mütləq birdəfəlik əlcəklər geyinin, onun paltarlarının təmasda olduğu hər hansı səthi dezinfeksiya edin və əllərinizi sabunla 20 saniyədən az olmamaqla yaxşıca yuyun.
Mütəxəssislər, paltarları yuduqdan sonra tamamilə qurudulmasını və paltaryuyan maşını təmizləməyi unutmamağı tövsiyə edirlər. Onun daxili və xarici səthlərini dezinfeksiyaedici salfetlər ilə silmək lazımdır.
Mənbə: www.medikforum.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət