Slimfit
  1. MARAQLI

Koronavirus nəyin imatahanıdır?

Koronavirus nəyin imatahanıdır?
Sakura

Koronavirus nəyin imatahanıdır?

Gündəmi zəbt etmiş bir mözvu ilə bağlı düşüncələrimizi bölüşməyi faydalı bildik.

Bəli, koronavirus epidemiyası reallıqdır və ondan qorunmaq lazımdır.

Amma bu, təbii bir hal-qəziyyədirmi?

Epidemiyanın yayılma arealının, insanların yoluxma intensivliyinin, dövlət və ictimai xadimlərin zədələnməsi faktlarının, xəbərlərin təqdim edilmə üslubunun, panik durum yaradılma sistemliliyinin və bir çox digər faktorların təhlili belə bir güclü ehtimal irəli sürməyə əsas verir ki, koronaviris epidemiyası - sintez olunmuş bir bioloji silah növüdür və planlı surətdə işə salınmışdır.

Əgər koronavirusun sintez olunmuş laboratoriya məhsulu olması barədə ehtimalı nəzərə alsaq, bundan irəli gələrək, koronavirus epidemiyasının yayılmasının həqiqi səbəbləri və strateji hədəfləri barədə düşünməyə əsas yaranır:

1. ABŞ ilə iqtisadi və hərbi rəqabət aparmağa qadir olan Çini çökdürmək;

2. ABŞ-ın dünya siyasi çoğrafiyasını və siyasi həndəsəsini qurmasına əhəmiyyətli maneələr yaradan, regional miqyasda proseslərin əks istiqamətdə getməsinə nail olan, Müqavimət hərəkatının generatoru və əsas koordinatoru rolunu oynayan İranı sıradan çıxarmaq;

3. Müstəqillik işartıları göstərməyə başlayan Avropanı, bilmərrə idarəolunan və tabeli bir duruma salmaq;

4. Yer kürəsi əhalisinin sürətlə qocalmasını nəzərə alaraq, əhalinin ahıl hissəsini "təbii yolla" məhv etmək - hansı ki, atırq bunun aşkar təzahürləri meydana gəlib.

Belə ki, İtaliyada epidemiyanın yayılmasının miqyası bəhanəsi ilə, yaşlı insanları intensiv müalicədən məhrum etmək barədə ciddi təkliflər irəli sürülüb (https://www.bbc.com/russian/features-51875448);

5. KİV və sosial medianın idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi, ictimai rəyin və gündəmin müəyyən edilməsi, tənzimlənən panika mexanizmlərinin işlənməsi baxımından dəqiq və effektiv media sxemlərinin qurulması və sabit tənzimləyici strukturların işə salınması proqramını icra etmək;

6. Şərti olaraq, "Qızıl milyard" adlandırlıan neo-faşist "Yevgenika" məfkurəsinə uyğun olaraq, Yer kürəsi əhalisinin sayını kəskin azaltmaq, yalnız məhsuldar yaş kateqoriyasına aid olan və fiziki sağlam duruma malik olan insan populyasını saxlamaq və qlobal hegemoniya sisteminə inteqrasiya etmək;

7. Vaksinin artıq öncədən hazır olma ehtimalını nəzərə alaraq, bu vaksinin təqdim edilməsi vasitəsilə qlobal miqyasda siyasi iradəni diktə etmək və ABŞ-ın laxlamış dünya liderliyini bərpa etmək.

Amma bu kimi proqramların, layihələrin müəllifləri ya tarixi pis oxuyublar, ya da ki, özlərindən razılıq hissi onların təhlil və proqnozlarının dürüstlüyünü əhəmiyyətli dərəcədə zədələmişdir.

Belə ki, bəşəriyyətin bütün tarixi boyu bu kimi "dünya liderləri" çeşidli proqmallar çızmış, planlar işə salmışlar.

Amma sonda nə oldu?...

Hanı fironlar, Çingizxanlar, Napoleonlar, Hitlerlər, Stalinlər və digər uğursuzlar?!

 

Hanı gur-gur guruldayan imperiyalar, hanı milyonlar üçün büt rolunu oynayan diktatorlar?!

Bunların aqibəti bəlli.

Bu dəfə də, inşəallah, hər şey yaxşı olacaq.

Mütləq yaxşı olacaq.

Koronavirus - bir imtahandır.

Bəşəriyyətin - yetkinlik imtahanı.

Ümmətin - öz imanına sahib çıxma, vəhdətə gəlmə imtahanı.

Hər birimizin - insanlıq imtahanı.

Laqeydləşməyək, eqosentrik durumda olmayaq, panikaya düşməyək, ümidi itirməyək, insanlıq sifətinin aradan getməsinə imkan verməyək.

Gərək elliklə bu bəlanın üzərinə gedək. Əl-ələ verək, bəlanı ümumi bilək, panikaya rəvac verməyək.

İnşəallah, bu bəla da çıxıb gedəcək. Ali məracəmiz demişkən, sadəcə gərək çətinlikləri fürsətə çevirməyi bacaraq.

Hər qaranlıq gecənin bir işıqlı gündüzü var.

Günəş bulud altında çox qalmaz...

Hacı İlqar İbrahimoğlu

Milli.Az

 

Mənbə: milli.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR