Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirus nəqliyyat vasitələrinin və taksi qapılarının tutacaqlarında üç sutkaya qədər yaşayır

Koronavirus nəqliyyat vasitələrinin və taksi qapılarının tutacaqlarında üç sutkaya qədər yaşayır
Sakura

Koronavirus nəqliyyat vasitələrinin və taksi qapılarının tutacaqlarında üç sutkaya qədər yaşayır

SARS-CoV-2-nin hava damcıları və təmas yolu ilə simptom olmadan ötürülməsi pandemiyaya qarşı mübarizəni xeyli çətinləşdirir. Profilaktik tədbirləri gücləndirmək üçün amerikalı alimlər maraqlı təcrübələr aparıblar və virusun xəstəxanalar, mağazalar və nəqliyyat vasitələrində insanların ən çox təmasda olduqları müxtəlif səthlərdə nə qədər yaşadığını müəyyən ediblər.

Prinston Universitetinin (ABŞ) alimlərinin apardığı təcrübə göstərib ki, COVID-19-a səbəb olan koronavirus SARS-CoV-2 havada bir neçə saat sabit qalır və bir neçə gün də müəyyən səthlərdə yaşaya bilir. Müşahidələr virusun sabitliyi haqqında əsas məlumatları verir və həmçinin insanların çirklənmiş səthlə təmasdan sonra da yoluxa biləcəyi nəzəriyyəsini təsdiqləyir.

Elm adamları SARS-CoV-2-nin havada üç saata qədər, mis üzərində dörd saata qədər, kartonda 1 sutka, üç günədək plastik və paslanmayan poladda yaşaya bildiyini söyləyirlər.

Bu, o deməkdir ki, bir çox nəqliyyat növündə olan tutacaqlar, eləcə də taksilərin qapılarının iç tutacaqları infeksiyanın təmassız yoluxma mənbəyi ola bilər. Virusa yoluxmuş bir adam bir gün əvvəl taksi və ya metrodan istifadə edibsə , ancaq bu səthlər dezinfeksiya olunmayıbsa, digər sərnişinlər 2 sutka ərzində virusla yoluxa bilər.

Kağız pul - bu da elə kartondur. Əgər əskinas koronaviruslu xəstənin əlinə dəyibsə , bu zaman onlar sutkalarla infeksiyanın daşıyıcısı olurlar.

Maraqlıdır ki, SARS-CoV-2-nin yaşama qabiliyyətliliyi 2002-ci ildə Çində yayılan atipik sətəlcəm virusu SARS ilə eynidir. "Stabillik araşdırmasında hər iki virus eyni nəticəni göstərdi, lakin bu, təəssüf ki, SARS-CoV-2-nin niyə bu qədər geniş yayılmasının səbəbini izah etmir", alimlər izah edib. Müqayisə üçün, SARS 8,5 min insanın yoluxmasına səbəb oldu və bütün dövr ərzində 800-dən bir qədər çox insanın ölümü ilə nəticələndi. COVID-19 virusu isə 2,5 ay ərzində təxminən 200 minə yaxın insana yoluxub və onlardan 8 minə qədəri artıq vəfat edib.

Əldə edilən məlumatlar COVID-19-un qarşısının alınması üçün ən vacib məsələ olan gigiyena tədbirləri barədə mütəxəssislərin tövsiyələrini təsdiqləyir. Bunlara əllərin və səthlərin müntəzəm gigiyenası, otaqların havalandırılması, mümkünsə evin izolyasiyası və ya ictimai yerlərdə olmanın minimallaşdırılması daxildir.

Daha əvvəl alimlər COVID-19-un ölümə səbəb olduğu əsas risk faktorlarını müəyyənləşdiriblər. Tibb müəssisələrində , səthləri bakteriyaların qarşısını alan xüsusi bir pərdə ilə örtmək, davamlı profilaktik tədbirlər üçün mümkün bir həll yolu ola bilər. Kanadalı elm adamları artıq qızılı stafilokoku belə "dəf edən" material hazırlayıblar.

Mənbə: hightech.plus

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR