Slimfit
  1. CƏMİYYƏT

Koronavirus: kimlər üçün təhlükəlidir?

Koronavirus: kimlər üçün təhlükəlidir?
Sakura

Koronavirus: kimlər üçün təhlükəlidir?

Kişilər, qadınlar və uşaqlar COVID-19-a eyni tezliklə yoluxurlar, ancaq yoluxmanın nəticələri fərqli olur, çünki burada başlıca rolu yaş, cins və daha öncəki xəstəliklər oynayır.

Report” xəbər verir ki, bu barədə məqaləni “Deutsche Well” dərc edib.

Koronavirusla bağlı iki xəbər var: yaxşı və pis. Pis xəbər ondan ibarətdir ki, koronavirusun yayılması yaxın aylarda daha sürətlənəcək və nəticədə əhalinin 2/3 hissəsi bu virusa yoluxacaq. Buna əmin olan Berlinin “Şarite” klinikasının aparıcı virusoloqu Kristian Drostendir. Onun fikrincə, istilərin başlaması və klassik soyuqdəymə ilə qrip mövsümünün başa çatması COVID-19 ətrafındakı vəziyyəti dəyişməyəcək.

Yaxşı xəbər isə ondan ibarətdir ki, yoluxanların çoxunda xəstəliyin simptomları yüngül keçəcək. Beləliklə, payızda, yəni soyuqdəymə xəstəliklərinin növbəti dalğasında əhalinin əksəriyyətində koronavirusa qarşı antikor (başqa sözlərlə, sonradan qazanılmış immunitet) əmələ gələcək.

Risk qrupuna yaşlı insanlar daxildir

Koronavirusun yayılması, ilk növbədə, yaşlı insanlar üçün təhlükəlidir. Belə ki, 65 yaşdan başlayaraq koronavirusa yoluxmuş insanlar arasında ölüm səviyyəsi həndəsəsi silsilə ilə artır. Misal üçün, Çində yaşı 40-dək olan insanlarda yoluxma faizi 0,2%-dir, ancaq 70-79 yaş aralığındakı insanlarda bu göstərici 8%-ə yüksəlir, 80 yaşdan başlayaraq isə - 14,8%.

Beləliklə, koronavirus pandemiyası dövründə yaşlı insanlar, xüsusilə xronik xəstəliyi olan ahıllar qorunmalıdırlar. Bu risk qrupuna daxil olanlar insanların sıx olduğu yerlərdən uzaq durmalıdırlar.

Karantin altında olan yaşlılara nəvələri ilə zaman keçirmələrinə imkan verilməməlidir. Bundan başqa, onların mağazalara getmələrnə də əngəl olmaq vacibdir. Yaşlıların yaxınları ərzağı və digər məhsulları birbaşa onların evinə çatdırmalıdırlar.

Koronavirus qurbanlarının, demək olar ki, hamısında daha öncə müəyyən xəstəliklər olub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təhlilinə görə, ürək və damar patologiyası, şəkərli diabet, ağciyərlərin xronik xəstəliyi, hipertoniya və onkoloji xəstəliklərə məruz qalmış insanlarda ölüm ehtimalı yüksəkdir.

Niyə kişilər qadınlardan daha tez-tez xəstələnirlər?

ÜST-nin məlumatına görə, koronavirus qurbanlarının arasında kişilər çoxluq təşkil edir: fevralında ortasında koronavirusdan ölüm göstəricisi kişilərdə 2,8%, qadınlarda isə 1,7% olub. Qeyd edək ki, analoji vəziyyət 2003-cü ildə Honkonqda atipik pnevmoniyanın partlayışında da müşahidə edilib. Kişilər adi qripə belə qadınlardan daha tez yoluxurlar.

Qadınlar immun sistemi kişilərinki ilə müqayisədə daha davamlıdır. Bu, əsasən, qadınlardakı estrogen hormonunun immun sistemini stimullaşdırması ilə izah edilir və bununla da immunitet xəstəlik törədən orqanizmlərlə daha tez və aqressiv mübarizə aparır. Kişi hormonu olan testosteron isə, əksinə, immun sistemini boğur.

Bundan başqa, molekulyar virusoloq Tomas Pitçmanın fikrincə, genetik faktorları da gözdən qaçırmaq olmaz. Məsələ bundadır ki, “bəzi immunorelevant, məsələn, patogenlərin tanınmasına cavabdeh olan genlər X xromosomunda kodlaşdırılırlar”. Nəzərə alsaq ki, qadınlarda 2, kişilərdə isə 1 X xromosomu mövcuddur, belə bir halda qadınların üstünlüyü var.

Ancaq genetik meyildən savayı, həlledici faktor həyat tərzidir. Kişilər qadınlardan daha çox zərərli yaşayış həyat tərzi sürürlər. Misal üçün, Çində kişilərin 52%-i siqaret çəkir. Siqaret çəkməyən qadınların payı isə 3%-i keçmir. Siqaret çəkməkdən zəifləmiş ağciyərlər respirator infeksiyalara daha həssasdırlar.

Niyə uşaqlar, demək olar ki, koronavirusa yoluxmurlar?

Təəccüblüdür ki, koronavirus pandemiyasında uşaqlar “zəif bənd” deyillər. Koronavirus qurbanlarının arasında hələlik bir uşaq belə yoxdur.

Sözsüz, uşaqlar da koronavirusa yoluxurlar, ancaq onlarda infeksiya ya simptomsuz, ya da çox yüngül formada keçir. Bunun səbəbi hələlik tam olaraq bəlli deyil. Həkimlər güman edir ki, buna səbəb uşaqlarda anadagəlmə “spesifik olmayan sistem”in işə salınması ola bilər. Körpələr ilk spesifik immunu ana südündən alırlar. Ana südü körpənin immunitetini infeksion patologiyalarla mübarizə aparan leykosit kimi antikorlarla təmin edir.

Bu “passiv immunlaşdırma” uşaqların öz immunitetini formalaşdıranacan, yəni 10 yaşadək davam edir. Ancaq bundan sonra belə onların müdafiə sistemi yeni patogenlərlə qarşılaşdıqda “öyrəşmək” qabiliyyətini itirmir.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 197 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 403 868-ə çatıb. Bunların 18 221 nəfəri ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR