Slimfit
  1. AZƏRBAYCAN

“Koronavirus” kabusuna inananlardansızınızmı?

“Koronavirus” kabusuna inananlardansızınızmı?
Sakura

“Koronavirus” kabusuna inananlardansızınızmı?

Şənbə etüdləri – Şöhrət Eyvazov yazır

Sizi bilmirəm, mən gah inanıram, gah da yox. Deyəsən Balzakın sözüdü, deyir ki, “Əsl məhəbbət kabus kimidi, hamı ondan danışır, amma onu heç kim görməyib”.

Marks da  “kommunizmi” kabusa bənzətmişdi. Hansı ki, gəlib çıxmayan bu kabusun gerçəkləşməsi üçün milyonlarla insan qurban getdi.

Koronavirusun əsas göstəriciləri xatırladaq. Əminik ki, sizdə yoxdur,

İştahsızlıq və arıqlama

Qızdırma

Halsızlıq

Qarın ətrafların şişməsi

Nəfəs alma çətinlikləri

Müvazinətin itməsi

Psixoloji durumun dəyişməsi, bədbinlik

Düzü dərindən baxsaq, bu əlamətlərin bir hissəsi çoxumuzda var. Kimi halsızdı, kimi iştahsız. Kimidə ki, soruşanda harda yaşayırsan- Buna yaşamaq deyirsiz? – deyəcək qədər bədbindir. Yəni, əlamətlər aldadıcı ola bilər, çox da bədbin olmayın...

 

Hardan gəldi bu bəla?

 

İlk ünvan Çinin Uhan şəhəri oldu.  2019-nCoV adlanan virus ötən ilin dekabr ayında  aşkarlandı. Fevralın 24-də bildirildi ki,  Çində təxminən 77 min insan bu virusa yoluxub, ölənlərin sayı 2600-ə yaxındır. Şübhələr  Cənubi Çin Dəniz Topdan Satış Bazarına yönəldi. Böyük ehtimalla virusun daşıyıcısı bu bazarda satılan toyuq, yarasa, dovşan və ya ilan kimi vəhşi canlılardan biri olub..

Yoluxma halları artır, coğrafiyası genişlənir. Lakin mütəxəssislər hesab edir ki, xəstələrin sayı rəsmi rəqəmlərdən xeyli artıqdır.  Xəstəliyin episentri hələ də  Uhan şəhəridir.  Lakin Tailand, Yaponiya, Cənubi Koreya, İtalıya, İran  və ABŞ-da da belə halların artdığı müşahidə olunur. Ölkəmizdə yoluxanlar haqqında ilk məlumatlar yayılır.

Səhiyyə nazirliyi (az qala çaşıb “nəzirliyi” yazmışdım) vəziyyətin  ciddi nəzarət altında oldduğunu bildirir. Azərbaycana gələn iki nəfərin bi neçə saat sonra ölkəmizdən çıxanda bu virusa yoluxduğu aşkar olunması fonunda buna inanmaq biraz çətindir. Hər halda 3 nəfərin yoluxması təsdiqlənib. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir.

 

10 dəfə qiyməti qalxan maska

 

Maskaların qiyməti ilk ajiotajda 50 qəpiyə qalxdı və sonra daha da bahalaşdı. Sizi bilmirəm, mən mayası 5 qəpikdən az olan bu maskaya 30 dəfə artıq pul verə bilmirəm. Ondansa pərdənin  qırağından biraz kəsib, özümü qorumağa vəyaxud Mendeleyevin kəşf elədiyi 40 faizli spirtli məhlulu qəbul etməyə üstünlük verərəm.

Korona virusu üçün xüsusi bir müalicə yoxdur. Çox vaxt simptomlar öz-özünə yox olur. Həkim resepti ilə alınan ağrı kəsicilər və ya antipiretik dərmanlar simptomları rahatlaşdıra bilər. ABŞ rəsmi sağlamlıq mərkəzi CDC bildirib ki, isti duş boğaz ağrısı və ya öskürək üçün yaxşı təsir edə bilər. Bol maye içmək, mümkün qədər dincəlmək və yatmaq, immunutet sistemin gücləndirmək, vitamın , xüsusiləd ə C vitamini bolluğunu təmin etmək proflaktik tədbirlərdən sayılır.

 

Evdə karantin istəyirsinizsə...

 

Əllərinizi su və sabunla ən azı 20 saniyə yuyun, spirt əsaslı antiseptiklə dezinfeksiya edin . Əllərinizi silmək üçün birdəfəlik salfetlərdən istifadə etməyə üstünlük verin.

Virusun yayılmasının qarşısını almaq üçün asqırma və ya öskürək zamanı ağız və burnunuzu örtün. Bundan dərhal sonra əllərini su və sabunla yuyun və ya spirt əsaslı antiseptiklə dezinfeksiya edin.

ictimai nəqliyyatda səyahət etməkdən çəkinmək lazımdır.

Qonaq  getməyi və qəbul etməyi azldın. Evin o cümlədən, mətbəx və tualetin yaxşı havalandırıldığından əmin olun.

İzolyasiya vəziyyətində olan bir şəxslə və ya ətrafındakılarla hər təmasda olduqdan sonra  əllərinizi sabun və su ilə yuymalı və ya spirt əsaslı antiseptiklə dezinfeksiya edin.

Hər gün antiseptiklərdən (sabun və ya alkoqoldan) istifadə edərək, masa, mebellər kimi səthləri təmizləyin və dezinfeksiya edin.

Unutmayın,  xəstə və ya xəstə olmasına şübhə olan insanla iki  metrə yaxın məsafədə 15 dəqiəqədən az olmayarq birlikdə olmaq yaxın kontakt sayılır.

 

İNANAQ, INANMAYAQ?

 

Yəhudilər deyir ki, “Allah varsa, ona inanmasaq, cəza verər. Əgər yoxdursa, inansaq, heç bir zərəri yoxdur”. Napelon isə deyir ki, “Allaha inanın, amma barıtı quru saxlayın”.

Canan Karatay iddia edir ki,  bu viruslar həmişə var idi. Sadəcə indi nəyə görəsə daha çox gündəmə gəlir.

Hətta koraonavirus haqqında məlumatların   Çinin yartdığı 5 G yeni nəsil texnologiyaların tətbiqinin qarşının almaq üçün şişirdiliyini  düşünənlər də  var.

Deyrlər ki, koronavirus yolixanların yalnız 2 faizini öldürə bilir. Bu 2 faizdə olmamaın etibarlı yolu, ona yoluxmamaqdır.

Sağlam olun, sağ olmağın əsas şərtlərindən biri  budur! 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR