Koronavirus İtaliyada həmkarlar ittifaqlarının tətilini təxirə saldı
İtaliyanın ən böyük həmkarlar ittifaqları martın 9-a təyin edilmiş umumtətili təxirə salıblar. Day.Az xəbər verir ki, daha öncə Tətil hüquqularının təmin edilməsi üzrə Komissiya Həmkarlar İttifaqları Birliyinə müraciət edərək koronavirus təhlükəsi ilə bağlı hər il martda Beynəlxalq Qadınlar günü münasibətilə keçirilən tətili təxirə salmağı tövsiyə edib. Birliyə ünvanlanan məktubda isə "sağlamlıq mövzusunda fövqəladə hal"ın nəzərə alınmasının vacibliyi əsaslandırılıb.
Qeyd edək ki, son məlumata görə, İtaliyada koronavirusa yoluxanların sayı 2502 nəfər, ölənlərin sayı isə 79 nəfər olub.
Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 60-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 90 minə çatıb, 3 mindən çox nəfər ölüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət