Slimfit
  1. MARAQLI

Koronavirus insanların robotlarla əvəz edilməsinə səbəb oldu

Koronavirus insanların robotlarla əvəz edilməsinə səbəb oldu
Sakura

Koronavirus insanların robotlarla əvəz edilməsinə səbəb oldu

Ens.az bildirir ki, 81 mindən çox insanın yoluxduğu və 3300 nəfərin öldüyü Çində yayılmış koronavirus pandemiyası zamanı getdikcə daha çox insan və müəssisə xidmət sferasındakı işlərlə bağlı robotlaramüraciət edib.

Qeyd edək ki, Çin sənaye robotlarına görə dünyanın ən böyük bazarıdır. 2018-ci ildə Çin istehsal emalatxanalarında Avropa və ABŞ-dan birgə götürdükdə  daha çox robot istifadəyə verildi, lakin burada hələ də xidmət robotları azdır. Çin Elektron İnstitutunun məlumatına görə, keçən il ölkədə xidmət robotları bazarı təxminən 2,2 milyard dollar təşkil edib ki, bu da sənaye robotları bazarının yarısından azdır. Aşağı tələbin səbəbləri yüksək qiymətlər və dizaynın yeni tendensiyalardan geri qalmasıdır. Lakin koronavirusun yayılması qorxusunun artması ilə bir çox şirkət robototexnika bazarına daxil olmağı daha ciddi düşünür.

Şençjen şəhərində  bir kuryerə  koronavirus diaqnozu qoyulduqdan sonra Çin şirkətləri qida çatdırılmasında robot vasitələrindən fəal şəkildə istifadə etməyə başladılar. Məsələn artıq bir çox xəstəxanada robotlar tüpürcək nümunələrini toplamağa və dərmanları xəstələrə çatdırmağa kömək edir. Sintszyanda, dövlət şirkəti Grid, elektrik stansiyalarında çalışan robot müfəttişlərini təqdim edib.

93 yaşlı çinli qadın Çuy Dip Say, indi şəhər daxilində karantin tədbirləri tətbiq edildikdən sonra Honq Konqdakı bir qocalar evi sakinlərinin daimi yoldaşı halına gələn İsraildə hazırlanmış bir xidmət robotu ilə söhbət etməkdən zövq alır. "İstifadəsi çox asandır" deyir Çuy: "Mən hər zaman onunla danışıram və artıq darıxmıram."

Səslə aktivləşdirilmiş planşet ekranı sayəsində robot saatlarla musiqi və video ilə qadını əyləndirir. İnfraqırmızı sensorlar və quraşdırılmış kameralar da ona hərarətin ölçülməsi, qida tədarükü, səthlərin dezinfeksiya, hətta dəhlizdə patrulluq etmək  kimi digər işləri də yerinə yetirməyə imkan verir.

"Bu robotları ilk dəfə 2019-cu ilin ortalarında satmağa başladıqda, sifarişlər az idi" deyir Tung Hing Automation-ın prezidenti Roy Lim.  "Lakin yanvar ayında virusun yayılması ilə hər gün üç-beş robot satmağa başladıq və artan tələbatı ödəmək üçün  indi də kifayət qədər robot istehsal edə bilərik.. "

Tung Hing Automation-dan olan robotun əsas modelinin qiyməti 17.500 Honq Konq dolları (2260 ABŞ dolları) təşkil edir. Şirkətin hədəf auditoriyası qocalar evləri, xəstəxanalar və şəhər məktəbləridir. "Bu təşkilatlara böhran dövründə insanlarla qarşılıqlı əlaqə ehtiyacını azaldacaq təcili bir həll lazımdır. Buna görə də, bizim haqqımızda öyrəndikdən sonra sifariş verməkdən çəkinmirlər" deyib o. Xidmət  robotlarına olan tələbin pandemiyadan sonar da yüksək olacağına əmindir və o, Avropanın və Asiyanın digər bölgələrinin bazarlarında satışları genişləndirməyə hazırdır.

Tencent Holdings tərəfindən maliyyələşdirilən Pekində yerləşən Yunji Technology kimi digər xidmət robot istehsalçıları da istehlakçı münasibətlərində təəccüblü dəyişikliklər görürlər. "Çində bəzi otelçilər xidmət robotlarını insanlar qədər eyni rahatlıq atmosferi qura bilməyəcəkləri qorxusundan tez-tez tənqid edirdilər" çirkətin prezidenti Yan Tszı deyir. "İndi başa düşdülər ki, xidmət robotlarından istifadə də məqbul bir yanaşma ola bilər."

Yunji Technologynin müştəriləri -  Çin otellər şəbəkəsi olan Huazhu Hotels Group, buraya daxil olan  bütün 5.700 otelin robotlar və digər süni intellekt texnologiyaları tərəfindən təmassız xidmətləri təqdim etməsini tələb edib.

Koronavirusun yayılmasından sonra gecə-gündüz işləyən Hanyue Hotel Group –un vitse-prezidenti Sya Tszıfan da  otel xidməti  robotlarına tələbatın artdığını qeyd edib: "Çində bir çox otellər xidmət robotlarını bəzəkdən başqa bir şey hesab etmirdi. Ancaq yayılan pandemiya bu robotların istifadəsinin nə qədər lazımlı və rahat olduğunu başa düşməyə imkan verdi  Mexaniki köməkçilər əyləncə və yoxlanışdan otağa qida çatdırılmasınadək hər hansı bir işi yerinə yetirə bilər. Üstəlik robotlar sığorta və ya pensiya tələb etmir. Robotlar qırılana qədər işləyir və onların həftə sonu və ya tətilə ehtiyac olub olmadığından narahat qalmırsınız. "

Robotlar otel lobbisini qoruya bilər, maska taxmayan və ya qızdırmalı olanlar barədə məlumat da verə bilər.

"Bu böhran bizə robotlarla qarşılıqlı əlaqə qurarkən insanların yaşadığı narahatlığı aradan qaldırmağa kömək etdi"  IMD Business School-un  Çin texnologiyaları üzrə professoru Mark Qriven deyir. Onun sözlərinə görə, xidmət robotlarının bir qədər qəribə görünüşü, yüksək qiyməti və mürəkkəb əməliyyat sistemləri ilə birlikdə bir çox potensial alıcıları onlardan istifadə etməkdən çəkindirirdi. Ancaq insan təmasının azaldılması ilə bağlı yaranan qəfil ehtiyac, robotun yaxşı görünməsi və ya istifadəsinin asan olub-olmaması kimi qayğıları ikinci plana keçirdi. İndi bir xidmət robotundan istifadə və ya danışmaq norma halına gəldi.

Ancaq hər kəs bu qənaətlə razı deyil.

Pekindən olan əmlak mütəxəssisi Anjela Yu, karantin tədbirlərindən sonra ev işçisinin artıq gələ bilməməsi səbəbindən robotdan istifadə etmək qərarına gəlib. Yu, ən qabaqcıl robotun hərəkət edə bilməsinə görə otaqdakı bütün “ maneələri” aradan qaldırmaq lazım gələcəyini  biləndə imtina edib. Hələ bundan sonra  robotu da özü təmizləməli olacaqdı. "Belə bir səy göstərməkdənsə, mənzili özümün təmizləməyim daha asandır" deyir o.  Əslində mənə lazım olan şey, paltarları qatlayan, döşək üzlərini dəyişdirə bilən  ağıllı robotdur. Bu, gələcəkdə mütləq olacaq, ancaq indiki təmizlik robotları elə də kömək etmir".

Bundan əlavə, xidmət robotları insan həmkarları ilə müqayisədə dəyəri baxımından kifayət qədər rəqabətli deyildir. "Təmizləmə robotuna xərclədiyim pula görə iki il ərzində bir ev qulluqçusu işə götürə bilərdim" Yu bildirir.

Boş küçələr avtomatlaşdırılmış şəkildə çatdırılmanı asanlaşdırsa da, lazımi qanunvericilik bazası olmadığına görə, avtomatlaşdırılmış  nəqliyyat vasitələrinin geniş yayılmasına hələ uzun bir yol var. "Pandemiyadan əvvəl qarşımızda duran əsas maneələr hələ də aradan qaldırılmayıb"  Pekindəki  İdriveplus avtomobil şirkətinin baş meneceri Çjan Dejao deyir. Onun startapı  böhran başlayandan bəri həftədə 100-ə yaxın sifariş alıb. Bu, əvvəlki dövrlə müqayisədə daha çoxdur, lakin Çində xidmət sferasında dönüş nöqtəsinə gəlindiyi barədə danışmaq hələ tezdir.

Mənbə: vestikavkaza.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR