Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirus infeksiyasının yaranması ilə bağlı yeni nəzəriyyə açıqlandı

Koronavirus infeksiyasının yaranması ilə bağlı  yeni nəzəriyyə açıqlandı
Sakura

Virus hələ 2012-ci ildə Uhan-dan çox uzaqda yerləşən Çin şaxtalarında ortaya çıxıbmış

Ens.az xəbər verir ki, The Sun qəzetinin yazdığına görə, COVID-19-a səbəb olan virus 2012-ci ildə Uhan-dan çox uzaqda yerləşən  Çin şaxtalarında ortaya çıxıb. Belə ki, səkkiz il əvvəl, Çinin cənub-qərbində Yunnan əyalətində Modzyan şaxtasında altı mədən fəhləsi yarasaların nəcisiylə kontaktdan sonra pnevmoniyayla xəstələniblər və nəticədə üç fəhlə ölüb.

Şaxtaçıları müalicə edən həkim Li Xu, yüksək hərarət, quru öskürək və bədən ağrılarının olduğunu göstərir. İndi eyni simptomlar COVID-19 ilə əlaqələndirilir. Virusoloq Conatan Latalara və molekulyar bioloq Ellison Uilson-u bu fakt barəsində danışıblar. Mütəxəssislər, şaxtaçıların da  COVID-19 xəstələri ilə eyni vasitə ilə müalicə edildiyini vurğulayırlar - havalandırma, steroidlər və antibiotiklərdən istifadə edərək.

Şaxtaçılar hepatit, denqe titrətməsi və HİV üçün sınaqdan keçirildi. Toxumalarından nümunələr, bir çoxlarına görə virusun sızdığı Uhandakı  laboratoriyaya göndərildi. Ekspertlərin fikrincə, virus şaxtaçıların içərisində inkişaf edib və deməli insanlar üçün uyğunlaşdırılıb. Eyni zamanda, in rəsmiləri hələ də COVID-19-un 2019-cu ilin dekabrında Uhandakı bazardan çıxdığını hesab edirlər. 

Mənbə: meddaily.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR