Slimfit
  1. DÜNYA

Koronavirus Güney Azərbaycana da sıçradı – İran gizlədə bilmədi

Koronavirus Güney Azərbaycana da sıçradı –  İran gizlədə bilmədi
Sakura

Koronavirus Güney Azərbaycana da sıçradı – İran gizlədə bilmədi

Güney Azərbaycanın Ərdəbil şəhərində iki nəfərdə koronavirus aşkar olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ərdəbil Universitetinin rektoru Əxəvan Əkbəri açıqlama verib.

Onun sözlərinə görə, bölgədə 28 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib:

“Xəstələrdən götürülən analiz barədə Tehrana məlumat göndərilib. Onlardan iki nəfərin virusa yoluxduğu məlum olub”.

Qərbi Azərbaycan Tibb Universitetinin rektoru Dr. Ağazadə isə Urmiyada bir nəfərin koronavirusa yoluxduğunu deyib. Həmin şəxsin 55 yaşlı bir qadın olduğunu bildirib.

Zəncan şəhərində isə koronavirusa yoluxanların sayının 3 nəfər olduğu bildirilib. Habelə Meşginşəhrdə 3, Sərabda isə 2 nəfərin virus şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi açıqlanıb.

Güneyli milli-mədəni fəalların iddiasına görə, Güney Azərbaycan bölgədə koronavirusun yayılmasının İranın hökumət orqanları tərəfindən gizlədilməsidən şübhələnir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR