Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirus gözə necə təsir edir?

Koronavirus gözə necə təsir edir?
Sakura

Koronavirus gözə necə təsir edir?

Rusiya Dövlət Dumasının Sağlamlığın qorunması komitəsinin mütəxəssisi, həkim-oftalmoloq Tatyana Şılova koronavirusun görmə qabiliyyətinə təsirlərini açıqlayıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Həkimin sözlərinə görə, gözlərin koronavirus üçün “giriş qapısı” olduğuna dair araşdırmalar mövcuddur:

“Bizə bəzi virusların davranışları məlumdur. Onlar sadəcə gözün səthini deyil, həmçinin qana daxil olaraq daxili strukturunu zədələyirlər. Ona görə də virusun daxil olması nəticəsində gözün tor qişası, xoroid və görmə siniri zədələnə bilər. Bundan başqa, görmənin zəifləməsinə səbəb həmçinin koronavirusa qarşı istifadə edilən preparatlar da ola bilər".

T.Şilova nümunə kimi hidroksixlorini deyib: “O, göz qişasında dəyişikliklərə yol açıb, yəni görmə itiliyi, akkomodasiyanı (müxtəlif məsafələrdən görmə qabiliyyəti – red.) poza bilər, işıqdanqorxma əmələ gələ bilər, uzun müddət istifadədə isə retinopatiyaya səbəb ola bilər”. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR