Dərc edildi: Baxış sayı: 1392
“Koronavirus gedəcək, amma...” – Lukaşenkodan şok açıqlama
“Belarus rəsmiləri COVID-19 koronavirusunun yayılması ilə mübarizə fonunda ölkə iqtisadiyyatını unutmamalıdır”.
Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“İqtisadiyyatı diqqətdə saxlayın ki, istehsal sektorlarımız dağılmasın. Eyni şey kənd təsərrüfatına da aiddir. Sətəlcəm bizi tərk edəcək, bizə çörək lazımdır”, - Lukaşenko bildirib.
Onun sözlərinə görə, koronavirusla əlaqəli vəziyyətdə kiçik ümid közərməyə başlayıb.
Bundan əvvəl Lukaşenko ölkədə karantin rejiminin tətbiqinin mümkünlüyü barədə ritorik bir sual ünvanlamışdı: “Nə yeyəcəyik?”
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət