Slimfit
  1. GÜNDƏM

Koronavirus epidemiyasının ilk iqtisadi nəticələri

Koronavirus epidemiyasının ilk iqtisadi nəticələri
Sakura

Koronavirus epidemiyasının ilk iqtisadi nəticələri

Çində yayılan koronavirusunun dünyanın bütün xəbər saytlarının əsas səhifələrində göründüyü andan 1 aydan çox vax keçir. Bu müddət ərzində Çin, epidemiyanın inkişafının yavaşlanmasına müvəffəq olun, ancaq son günlərdə digər ölkələrdə bu vurusun meydana gəldiyi və daha çox insanı yoluxdurmağa başladığı narahatlıqla izlənilir. Epidemiya ilə əlaqədar mənfi tendensiya yalnız Çinə yox, qonşu ölkələrə, o cümlədən Rusiya iqtisadiyyatına da təsirsiz ötüşməyib. Bu ölkənin iqtisadiyyatına indiyə qədər birbaşa itki milyardlarla rubl təşkil edir, lakin yaxın vaxtlarda bu rəqəmlərin daha da artacağı gözlənilir.

Epidemiya necə inkişaf edir

Son rəsmi rəqəmlər belədir: 78,600 xəstə və 2324 ölü.

Çində yoluxma halların sayının artım tempi azalmaqdadır, lakin son günlərdə Asiyanın digər ölkələrində yoluxmuş insanların sayı kəskin şəkildə artmışdır: Cənubi Koreyada yoluxanların iki dəfə artaraq 300 nəfərə çatıb; bu günə qədər Yaponiyada 103 hadisə qeydı alınıb, ancaq səlahiyyətlilər virusun ölkənin müxtəlif bölgələrində görünməsindən, xəstələnənlərin bir-biri ilə əlaqəli olmamalarından və infeksiya mənbəyini tapmağın hələ mümkün olmadığından narahatdırlar.

Ümumdünya Səhiyyə Təşkilatı üçün digər bir narahatlıq isə virusun İranda da ortaya çıxması ilə bağlıdır. Bu ölkədə son günlər 20-dən artıq adamın öldüyü bildirilir. Məsələ bundadır ki, İranda xəstəliyə tutulanların Çinlə heç bir əlaqəsi olmayıb: İrana virus Kanada və Livandan gəlib. Şimali İtaliyada da virusla bağlı narahatlıqlar hər keçən gün artır. Burada da yoluxanların heç də hamısının Çində olmadığı və məhz İtaliyada xəstələndikləri məlum olub. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhan Qebreyesus yeni ocaqların meydana gəlməsini təhlükəli adlandırıb və virusun qarşısını almaq üçün mkan pəncərəsinin daralmağı ilə bağlı xəbərdarlıq edib. Ümumilikdə, Çindən kənarda 1300-ə yaxın xəstəliyə tutulma halı qeydə alınıb, ancaq güman edilir ki, hadisələrin üçdə ikisində diaqnoz qoyulmamış ola bilər.

 

Yaponiyanın Nikkei şirkətinin hesabatına görə Koronavirus səbəbiylə panika yaşanmasından sonra qlobal əmtəə qiymətləri indeksi yanvar ayının əvvəlinə olan dəyərdədir. Lakin son bir neçə gündə Goldman Sachs analitikləri investorların xammal qiymətlərində yeni bir eniş gözləməli olduqlarını və "2008-2009 böhranından bəri ən ciddi bazar iflasına" çevriləcəyini xəbərdar edir.

Neft qiymətləri yanvar ayının ortalarındakı həddən uzaqdır, Brent markalı neftin bir barelinin qiyməti həmin vaxt 70 dollara çatırdı, lakin fevralın əvvəlindəki enmə ilə müqayisədə bir qədər artıb.

Citi iqtisadçıları fevralın əvvəlində Rusiyanın epidemiya nəticəsində itkilərini ÜDM-in artımının 0,28 faiz həddində qiymətləndirir, omlar bunu ilk növbədə neftin ucuzlaşması və Çinə ixrac olması ilə əlaqələndirirlər. Hökumətin 2020-ci il üçün rəsmi proqnozu 1.9 faizlik artımdır.

Çin iqtisadiyyatı haqqında

Çin hakimiyyəti hələ ilk rüb üçün ÜDM artım proqnozunun yenidən qiymətləndirilməsinin ilk elanını hazırlayır. Çin hökumətinin İqtisadi İslahatlar Cəmiyyətinin keçmiş rəhbəri Xiaou Sonq fevralın 15-də ÜDM artımının rüblük proqnozunun 6% -dən 3% -ə, illik proqnozu isə 6% -dən 5% -ə qədər azaldılmasını təklif etdi. Morgan Stenli ən pis halda Çinin ilk rübdə ÜDM-in 3,5% enəcəyini düşünür. Belədə, yalnız bu dövrdə Çin iqtisadiyyatı 100 milyard dollar itirə bilər.

Koronavirusun Çin iqtisadiyyatına əsas zərəri istehsalın azalmasına səbəb olmasıdır. Əvvəlcə hakimiyyət Yeni il tətilini 11 gün - fevralın 10-dək uzatmalı oldu. İstehsalın bərpa olunmasından bir həftə sonra da, istehsal həcmi adi vaxtakının yalnız 30-50% -nə qədər çatdı. Fevral ayının sonuna Morgan Stanliyə görə bu göstərici 60-80% -ə çatacaq. Tətil müddətində, çinlilər ənənəvi olaraq doğma şəhərlərinə və kəndlərinə gedirlər - və bu dəfə Nomura investisiya bankı "Çin Google" Baidu əsasında hesabladığı kimi, tətildən sonra ilk həftənin sonunda 75% daha az insan böyük şəhərlərə qayıdıb. Geri qayıdanların əhəmiyyətli bir hissəsi iki həftə müddətində karantindədir.

İnsanların hərəkətində məhdudiyyətlər kiçik biznesə daha çox təsir edir - 1500 kiçik şirkət sahibləri arasında aparılmış sorğuya görə omlatdan 31% -i illik gəlirlərin 50% -dən, 27% -i isə 20% -dən 50% -ə qədər azalacağını gözləyir. Kiçik nağd pul holdinq şirkətlərinin 40% -inin pul ehtiyatı yalnız bir aya kifayət edəcək səbiyyədədir. Artıq koronavirus səbəbindən nəticələrinin pisləşməsi barədə xəbərdarlıq edilən böyük qlobal şirkətlər arasında Alibaba, Apple, Adidas, Maersk, Air France nəqliyyat şirkəti - KLM və Procter & Gamble var. Aydındır ki, bütün elektronika istehsalçıları əziyyət çəkəcəklər: 2020-ci ilin birinci rübündə qlobal smartfon, noutbuk və ağıllı saatların tədarükü 10-16% azalacaq.

Virusun yayılmasından fayda götürənlər isə 2002-2003-cü illərin SARS epidemiyası zamanı olduğu kimi, onlayn xidmətlərdir. Nomuranın sözlərinə görə, 2020-ci ilin Yeni il tətilində çinlilər 2019-cu illə müqayisədə smartfonlarda 20% daha çox vaxt keçiriblər (bundan əvvəl orta aylıq artım 8-9% idi). Tencent firmasının flaqman multiplayer oyunu olan Honour of Kings-ə sərf olunan vaxt 69% artıb və Tencent-in kapitallaşması bazarlarda azalma fonunda fevral ayının əvvəlindən bəri 7.5% artıb. TikTok-da istifadəçilərin sərf etdiyi vaxt 102%, rəqib Kuaishou xidmətində 98%, Twitter analoqunda Weibo 31%, WhatsApp, WeChat analoqunda 15% artıb.

Mənbə: thebell.io

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR