Slimfit
  1. GÜNDƏM

Koronavirus epidemiyası zamanı yaşayış şərtləri ilə əlaqəli 5 vacib sual

Koronavirus epidemiyası zamanı yaşayış şərtləri ilə əlaqəli 5 vacib sual
Sakura

Koronavirus epidemiyası zamanı yaşayış şərtləri ilə əlaqəli 5 vacib sual

Ens.az saytı tərəfindən təqdim olunan bu materialda ünsiyyətin məhdudlaşdırılmasından, infeksiyaya təkrar yoluxmadan və evə yemək çatdırılması barədə danışılır.

1. Sosial məsafə nə deməkdir?

İnsanlarla təmasları məhdudlaşdırmaq lazım olduğunu hamımız eşidirik. Ancaq məhz nə qədər? Əgər simptomlarınız yoxdursa, dostunuzla iki metr aralı gəzmək mümkündürmü? Virus daşıyıcıları ilə əlaqə qurmamısınızsa, bir neçə qonağı evə dəvət etmək təhlükəsizdirmi?

Bu cür suallara cavab vermək üçün, yeni koronavirusun çox yoluxucu olduğunu və simptomları olmayanlar tərəfindən də ötürüldüyünü xatırlamaq lazımdır. Buna görə, onun yayılmasına nəzarət etmək daha çətindir və ciddi şəkildə özünü təcrid etmək lazımdır. Virus daşıyıcısı olmayacağınıza və ya onu daha zəif bir şəxsə ötürməyinizə əmin olmaq mümkün deyil.

Buna görə nə qədər ciddi səslənməsinə baxmayaraq, sosial məsafə, ilk növbədə, fiziki məsafənin yaradılmasıdır. Hər kəs qaydalara hörmət etdikdə o daha effektli olur. Ünsiyyət çox vacibdir, amma indi telefon danışıqlarına və video zənglərinə keçmək daha yaxşıdır.

2. Evə yemək sifariş etmək təhlükəsizdirmi?

Bəli, amma ehtiyat tədbirləri görün. Yerində pul verməmək üçün sifarişinizi kartla ödəyin. Kontaktları qısaltmaq üçün onu qapının ağzına qoymağı xahiş edin. Bununla, özünüzə və məhsulu çatdıranlara qayğı göstərirsiniz.

The Verge Amerikan nəşri, təhlükəsiz və etik çatdırılma qaydaları haqqında yaddaş tərtib edib:

Sifarişi kuryerdən şəxsən götürməyin.

Qablaşmanı dərhal atın.

Yeməkdən əvvəl əllərinizi yuyun.

Kuryerə yaxşı çaypulu verin.

3. Virus müxtəlif səthlərdə nə qədər yaşayır

Daim yeni məlumatlar ortaya çıxır, buna görə mütləq əminliklə demək olmaz. "Aerosol and Surface Stability" təşkilatının son araşdırmasına görə:

Plastik və paslanmayan polad səthdə 72 saata qədər (3 gün).

Kartonda 24 saata qədər.

Mis səthlərdə dörd saat.

Havada üç saata qədər qala bilir.

Hər gün sabunlu su və bir dezinfeksiyaedici məhlulla tez-tez toxunduğunuz səthləri təmizləməyi bir qayda halına gətirin. Əlbəttə əllərinizi daha tez-tez yuyun.

4. Koronavirusa təkrar tutulmaq mümkündürmü?

Bu cavabsız qalan ən vacib suallardan biridir. Adətən, insan bir növ infeksiyaya yoluxsa, orqanizm ona qarşı immuniteti inkişaf etdirir və yenidən onunla yoluxma ehtimalı azalır. İngilis həkimləri bildirir ki, koronavirus ilə, çox güman ki, eyni olacaq.

Məsələ bundadır ki, insan orqanizmində yeni bir növ koronavirusla mübarizə təcrübəsi hələ yoxdur. Buna görə, xəstəliyin ilk dövründə inkişaf etmiş anticisimlər zamanla yox ola bilər.

Bir sözlə, bir dəfə xəstələndiyiniz zaman əbədi qorunduğunuzu düşünməməlisiniz. Yeni bir yoluxma riski çox aşağı ola bilər, amma yenə də sıfır olduğunu söyləmək olmaz.

5. Yaş və sağlamlıq problemləri xəstəliyin gedişatına necə təsir edir

Xəstəxanaya yerləşdirmə və ölüm riski yaşla davamlı olaraq artır. Ancaq bu, gənc olduğunuz zaman ciddi xəstə ola bilməyəcəyinizə zəmanət vermir. Amerika Xəstəliklərinə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin, 12 Fevral - 16 Mart 2020 ci il tarixləri arasında apardıqları statistikada Koronavirusa yoluxan xəstələrdən 55 yaşına çatmayanların 14–20% xəstəxana şəraitində müalicə aldığını, 2- 10% - nin reanimasiyaya yerləşdirildiyi qeyd olunub. Bu yaşda ölüm nisbəti 1% -dən az olsa da, mövcuddur. Bu məlumatlar Birləşmiş Ştatlardakı vəziyyəti əks etdirir, lakin digər ölkələrdəki göstəricilərə uyğundur.

Bundan əlavə, ağır xəstəliklərə tutulma riski daha yüksək olan insanlar da məlumdur. Ürək, qan-damar, ağciyər xəstəliyi, şəkərli diabet və zəifləmiş immun sistemi olan insanların şiddətli xəstəlik riski digərlərinə nəzərən yuxarıdır. Koronavirus haqqında hələ çox şey öyrənməliyik, buna görə əvvəlcə ehtiyatlı olmaq lazımdır.

Mənbə: lifehacker.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR