Koronavirus əlamətlərini hiss etsə də, həkimdən yayınanlar var - AÇIQLAMA
“Vətəndaşlar arasında özündə COVID-19-un əlamətlərini hiss edib həkimdən yayınanlar olur”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
O bildirib ki, belə hallara yol vermək olmaz:
“Həmin şəxslər bunu gizlədir və xəstəxanalara müraciət etmir. Bu da ölkə daxilində yoluxmaların artmasına səbəb olur”.
V.Əliyev qeyd edib ki, bu, həm də koronavirusdan ölən vətəndaşların sayının artımına da təsir edir:
“Vətəndaşlardan belə hallarda mütləq həkimə müraciət etmələrini xahiş edirik. Yalnız bu halda yoluxma hallarının qarşısını ala və xəstəliyə qalib gələ bilərik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət