Dərc edildi: Baxış sayı: 435
Koronavirus dünyaya 4,1 trilyon ziyan vuracaq
Koronavirusun dünya iqtisadiyyatına vurduğu zərərin nəticələri 4,1 trilyon dollar ola bilər.
Axar.az xəbər verir ki, bu barədə məlumat Asiya İnkişaf Bankının hesabatında yer alıb. Məlumata görə, neqativ tendensiyalar fonunda qlobal ÜDM 4,8% azalacaq.
Pandemiyanın Asiya ölkələrinə vurduğu zərərin 891,6 milyard dollar təşkil edəcəyi bildirilib:
“Əgər pandemiya qısa müddətdə dayansa, qlobal iqtisadiyyat 2 trilyon dollar zərər dəyəcək. Qlobal ÜDM isə 2,3% azalacaq. Asiyanın iqtisadi artımı 2,2% təşkil edəcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət